İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Mahmud Süleymanovla bağlı meşə ərazisinin zəbt edilməsi iddiaları gündəmə gəlib.
Unikal.az-ın yaydığı məlumata görə, M.Süleymanovun İsmayıllı rayonunun Talıstan kəndində yerləşən meşə ərazisində "Talıstan Forest Park" adlı istirahət mərkəzinin sahibi olduğu bildirilir. İddiaya əsasən, obyekt onun həyat yoldaşı İbrahimova Fazilə Fazil qızının adına rəsmiləşdirilib.
Qeyd edək ki, Mahmud Süleymanov 2021-ci ildə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun birinci müavini vəzifəsinə təyin olunub.
Məsələ ilə bağlı rəsmi qurumların mövqeyi açıqlanmayıb.![]()
![]()
![]()
![]()
![]()