İsmayıllı rayonunun Tubukənd kənd sakinləri bir sıra problemlərlə bağlı narazılıqlarını bildiriblər.
Sakinlərin sözlərinə görə, su kəndə çətinliklə verilir, yollar isə bərbad vəziyyətdədir. Bu səbəbdən xəstələri vaxtında xəstəxanaya çatdırmaqda çətinlik çəkirlər. Kənddə qaz xəttinin isə ümumiyyətlə olmadığı bildirilir.
Əvvəl kənddə 30-dan çox ailə yaşasa da, hazırda əsasən 1990-cı illərdən Qarabağ bölgəsindən köçən ailələr məskunlaşıb.
Onların sözlərinə görə, həmin vaxtdan bu günədək kənddə yol, qaz və su problemi həll olunmayıb.
Sakinlər qış aylarında isinmək üçün rəsmi icazə ilə meşədən odun tədarük etdiklərini bildirirlər.
Onlar problemlərlə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, nəticə olmadığını deyirlər.
Mənbə: Baku TV