top
Stomatoloqlar etiraz edir: TƏBİB regionlarda 1140 həkimi ixtisar edir
09 yanvar 2026, 15:46
- ↺ +

Stomatoloqlar etiraz edir: TƏBİB regionlarda 1140 həkimi ixtisar edir

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Regionlarda çalışan stomatoloqlar TƏBİB-in kütləvi ixtisar qərarına etiraz edirlər. Həkimlər bildirirlər ki, bir sıra rayonlarda onlarla stomatoloq işdən çıxarılıb, bəzi bölgələrdə isə yüz minlərlə əhaliyə cəmi 2–3 həkim xidmət göstərir.

Etiraz edən stomatoloqlar ixtisarların əsassız olduğunu, maaşların aşağı, iş şəraitinin isə qeyri-qənaətbəxş olduğunu deyir və qərarın ləğvini tələb edirlər. Onların sözlərinə görə, bu məqsədlə bir neçə dəfə TƏBİB-in binası qarşısında aksiya keçirilib.

Zaqatala rayonundan olan stomatoloq Ülkər Qazıyeva bildirib ki, rayonda vəziyyət kritik həddə çatıb. Onun sözlərinə görə, 130 min əhalisi olan Zaqatalada 22 stomatoloqdan 19-u ixtisar edilib və cəmi 3 həkim saxlanılıb. "130 min əhaliyə 3 stomatoloqun xidmət etməsi nə dərəcədə düzgündür? 34 illik iş stajı olan həkimlərin ixtisarı ədalətsizdir", – deyə o vurğulayıb.

Stomatoloqlar qeyd edirlər ki, oxşar vəziyyət İsmayıllı, Ağsu və digər rayonlarda da müşahidə olunur. Bildirilir ki, 82 min əhalisi olan Ağsuda cəmi 6 stomatoloq fəaliyyət göstərir, rayonda isə ümumiyyətlə özəl stomatoloji klinika yoxdur. Mütəxəssislərin hesablamalarına görə, bu rayonlarda real ehtiyac mövcud kadr sayından bir neçə dəfə çoxdur.

Xaçmaz rayonundan olan stomatoloq Aydın Rəşidov isə bildirib ki, 184 min əhalisi olan rayonda 27 stomatoloq var və onların da ixtisarı nəzərdə tutulur: "Biz maliyyələşdirilmirik, materialları və hətta assistentin maaşını özümüz ödəyirik. Aylıq 1200–1800 manat ödəniş tələb olunur, verilən maaş isə cəmi 531 manatdır".

TƏBİB isə açıqlamasında bildirib ki, stomatoloji xidmətlərin böyük hissəsi icbari tibbi sığortaya daxil deyil, bəzi regionlarda xidmət keyfiyyəti və pasiyent qəbulu aşağıdır, maliyyə səmərəsizliyi mövcuddur. Bu səbəbdən optimallaşdırma aparıldığı qeyd olunub.

Məlumata görə, regionlar üzrə ümumilikdə 1140 stomatoloqun ixtisarı planlaşdırılır. Həkimlər isə bu qərarın regionlarda stomatoloji xidmətlərin iflic olmasına və mövcud böhranın daha da dərinləşməsinə səbəb olacağını bildirirlər.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Hadisə
Dünən, 20:38

Anbardar iş adamını aldatdı - 1 milyon manatlıq dələduzluq

Cəmiyyət
Dünən, 19:38

Qusarlı şagird beynəlxalq yarışmada qızıl medal qazandı

Cəmiyyət
Dünən, 18:36

Şəhidlərin xatirəsinə minlərlə addım: Şəhid nəvəsi Qubadadır

Hadisə
Dünən, 18:00

İsmayıllıda oğul içkili atasını öldürdü

Cəmiyyət
Dünən, 17:20

MKA "Apple" cihazlarında təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə növbəti dəfə xəbərdarlıq edib

İdman
Dünən, 16:30

Zaqatalalı idmançı ikiqat Avropa çempionu oldu

Cəmiyyət
Dünən, 15:37

Palçığa batan kənd: Bu yoldan kim keçə bilər?

Cəmiyyət
Dünən, 14:45

Zaqatalada qaz olmayacaq

Hadisə
Dünən, 14:00

Şəkidə icra nümayəndəsi bələdiyyə sədrinin başına butulka çırpdı

Cəmiyyət
Dünən, 13:06

Qubanın məşhur alması təhlükədə: Fermerlər minlərlə manat zərərdədir

Cəmiyyət
Dünən, 12:38

Qubada bu məktəb və bağçaların adları dəyişdirilib

Hadisə
Dünən, 11:41

Bakı-Quba yolunda ağır qəza: avtomobil aşdı

Cəmiyyət
Dünən, 11:01

Şahdağa qar yağıb

Cəmiyyət
Dünən, 10:25

SHXÇDX rəisi Qəbələdə vətəndaşları qəbul edəcək

İdman
Dünən, 09:31

"Qəbələ" "Qarabağ"la üz-üzə gələcək

Hadisə
Dünən, 00:01

Vətən müharibəsinin 35-ci günü: XRONİKA

İqtisadiyyat
30 oktyabr 2026, 17:51

Qəbələ və Ağsuda iri su layihələri həyata keçirilir - FOTO

Faydalı
30 oktyabr 2026, 17:47

Dövlətdən dəstək alan Vətən müharibəsi iştirakçısı Qubada biznesini genişləndirib

Bütün xəbərlər
30 oktyabr 2026, 16:53

Şəkidə avtomobil aşdı

Cəmiyyət
30 oktyabr 2026, 16:20

"Shimal.News" yazdı, qurumlar hərəkətə keçdi

Faydalı
30 oktyabr 2026, 15:21

Bakı-Balakən qatarı BU TARİXDƏN yenidən fəaliyyətə başlayır

Kriminal
30 oktyabr 2026, 14:21

Qaxda silsilə oğurluq edən şəxs tutulub

Cəmiyyət
30 oktyabr 2026, 14:00

Noyabrda Şimalın havası necə olacaq?

Oxşar xəbərlər