top
SOCAR-ın sabiq vitse-prezidentinin oğlu ilə bağlı MƏHKƏMƏ
Foto
11 iyul 2026, 18:00
- ↺ +

SOCAR-ın sabiq vitse-prezidentinin oğlu ilə bağlı MƏHKƏMƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Əslən Ağsu rayonundan olan, SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadə ilə bağlı uzun illərdir davam edən atalığın müəyyən edilməsi və aliment mübahisəsi yenidən Ali Məhkəmənin icraatına çıxarılacaq.

Bakı Apellyasiya Məhkəməsinin son qərarından narazı qalan Orxan İsmayılzadə növbəti dəfə kassasiya şikayəti verib.

Beləliklə, illərdir müxtəlif məhkəmə instansiyalarında davam edən bu ailə mübahisəsi yeni mərhələyə qədəm qoyub. İş üzrə indiyədək birinci instansiya, apellyasiya və Ali Məhkəmə mərhələləri dəfələrlə təkrarlanıb.

Məhkəmə materiallarında Orxan İsmayılzadənin dəfələrlə təyin edilən DNT ekspertizalarında iştirak etmədiyi, aliment ödənişi ilə bağlı problemlərin yarandığı, hətta aliment borcuna görə əmlakına həbs qoyulduğu və barəsində axtarış qərarlarının çıxarıldığı barədə məlumatlar yer alıb.

Son kassasiya şikayətində müdafiə tərəfi iddia edir ki, məhkəmələr Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsini düzgün tətbiq etməyiblər. Vəkillərin sözlərinə görə, Orxan İsmayılzadə DNT ekspertizasından qərəzli şəkildə yayınmayıb və 2026-cı il martın 13-də ekspertiza müəssisəsinə getsə də, ekspert iş yerində olmadığı üçün müayinə baş tutmayıb.

Müdafiə tərəfi hesab edir ki, atalıq yalnız DNT ekspertizasının nəticələri ilə müəyyən edilə bilər və telefon danışıqları, fotoşəkillər, tərəflərin münasibətləri kimi dolayı sübutlar bioloji atalığın təsdiqi üçün kifayət etmir.

Şikayətdə alimentin məbləği də mübahisələndirilir. Bildirilir ki, aylıq 500 manat aliment təyin edilərkən cavabdehin rəsmi gəlirlərinin olmaması lazımi şəkildə nəzərə alınmayıb.

Məlumata görə, bu günədək iş üzrə 8 dəfə DNT ekspertizası təyin edilib və Orxan İsmayılzadəyə rəsmi bildirişlər göndərilsə da, onun həmin ekspertizalarda iştirak etmədiyi bildirilir.

Qeyd edək ki, Ağsu əsilli sabiq SOCAR vitse-prezidenti Mikayıl İsmayılovun oğlunun adı hallanan bu məhkəmə işi artıq Azərbaycan məhkəmə sistemində ən uzun sürən ailə mübahisələrindən biri hesab olunur. Ali Məhkəmənin növbəti qərarının prosesə yekun qoyub-qoymayacağı isə yaxın vaxtlarda məlum olacaq.

Mənbə: Pravda.az

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Hadisə
Dünən, 20:38

Anbardar iş adamını aldatdı - 1 milyon manatlıq dələduzluq

Cəmiyyət
Dünən, 19:38

Qusarlı şagird beynəlxalq yarışmada qızıl medal qazandı

Cəmiyyət
Dünən, 18:36

Şəhidlərin xatirəsinə minlərlə addım: Şəhid nəvəsi Qubadadır

Hadisə
Dünən, 18:00

İsmayıllıda oğul içkili atasını öldürdü

Cəmiyyət
Dünən, 17:20

MKA "Apple" cihazlarında təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə növbəti dəfə xəbərdarlıq edib

İdman
Dünən, 16:30

Zaqatalalı idmançı ikiqat Avropa çempionu oldu

Cəmiyyət
Dünən, 15:37

Palçığa batan kənd: Bu yoldan kim keçə bilər?

Cəmiyyət
Dünən, 14:45

Zaqatalada qaz olmayacaq

Hadisə
Dünən, 14:00

Şəkidə icra nümayəndəsi bələdiyyə sədrinin başına butulka çırpdı

Cəmiyyət
Dünən, 13:06

Qubanın məşhur alması təhlükədə: Fermerlər minlərlə manat zərərdədir

Cəmiyyət
Dünən, 12:38

Qubada bu məktəb və bağçaların adları dəyişdirilib

Hadisə
Dünən, 11:41

Bakı-Quba yolunda ağır qəza: avtomobil aşdı

Cəmiyyət
Dünən, 11:01

Şahdağa qar yağıb

Cəmiyyət
Dünən, 10:25

SHXÇDX rəisi Qəbələdə vətəndaşları qəbul edəcək

İdman
Dünən, 09:31

"Qəbələ" "Qarabağ"la üz-üzə gələcək

Hadisə
Dünən, 00:01

Vətən müharibəsinin 35-ci günü: XRONİKA

İqtisadiyyat
30 oktyabr 2026, 17:51

Qəbələ və Ağsuda iri su layihələri həyata keçirilir - FOTO

Faydalı
30 oktyabr 2026, 17:47

Dövlətdən dəstək alan Vətən müharibəsi iştirakçısı Qubada biznesini genişləndirib

Bütün xəbərlər
30 oktyabr 2026, 16:53

Şəkidə avtomobil aşdı

Cəmiyyət
30 oktyabr 2026, 16:20

"Shimal.News" yazdı, qurumlar hərəkətə keçdi

Faydalı
30 oktyabr 2026, 15:21

Bakı-Balakən qatarı BU TARİXDƏN yenidən fəaliyyətə başlayır

Kriminal
30 oktyabr 2026, 14:21

Qaxda silsilə oğurluq edən şəxs tutulub

Cəmiyyət
30 oktyabr 2026, 14:00

Noyabrda Şimalın havası necə olacaq?

Oxşar xəbərlər