Sabah Siyəzən rayonunun bir hissəsində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
ShimalNews Xaçmaz Regional Qaz İstismarı İdarəsinə istinadən xəbər verir ki, sentyabrın 11-i saat 10:00-dan etibarən Qazpaylayıcı Stansiyasında mövcud olan orta təzyiqli xəttində qaz sızmalarının ləğv edilməsi işləri aparılacaq.
Qaz təchizatı dayandırılan müddətdə Siyəzən şəhəri, Yenikənd, Tağay, Ağbaş, Böyük Həmyə, Balaca Həmyə, Sədan, Eynibulağ, Məşrif, Qozağacı, Qalaaltı kəndlərinin və Gilgilçay qəsəbəsi olmaqla, ümumilikdə 9200 abonent qazsız qalacaq.