Siyəzən rayonundan keçən Qızılburun-Gilgilçay istiqamətində qatarların hərəkəti bərpa olundu.
ShimalNews xəbər verir ki, avqustun 29-u səhər saat 04:00-da yük avtomobili idarəetməni itirərək körpüdən aşıb və dəmir yolu xəttinin üzərinə düşmüşdür. Hadisə zamanı 2 nəfər yanaraq dünyasını dəyişmişdir.
Azərbaycan Dəmir Yollarından bildirilib ki, qəza nəticəsində kontakt şəbəkəsi ciddi zədələnmişdir. Artıq təmir işləri icra olunub və qatarların hərəkəti bərpa edilib.