top
Şimallı igid şəhidlərimizin doğum günüdür
14 sentyabr 2026, 10:00
- ↺ +

Şimallı igid şəhidlərimizin doğum günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün igid şəhidlərimiz - Tural Ağcabəyov, Mirzəcan Orucov və Bəhruz Tağızadənin doğum günüdür.

Tural Təbriz oğlu Ağcabəyov 14 sentyabr 1987-ci ildə Xaçmaz rayonunun Manafoba kəndində anadan olub. Manafoba kənd məktəbində orta təhsil alıb. Təhsilini başa vurduqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmətə çağırılıb.

Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu olan Tural Ağcabəyov 20 sentyabr 2023-cü ildə keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı Ağdərə rayonunda şəhid olub.

Mirzəcan Araz oğlu Orucov 14 sentyabr 2001-ci ildə Şamaxı rayonunun Sis kəndində anadan olub. Subay idi.

Mirzəcan Orucov 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində xidmət edib.

Azərbaycan Ordusunun əsgəri olan Mirzəcan Orucov 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Suqovuşanın və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O, oktyabrın 7-də şəhid olub. Şamaxı Şəhidlər Xiyabanında dəfn edilib.

Mirzəcan Orucov ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" medalları və III dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Bəhruz Azər oğlu Tağızadə 14 sentyabr 1999-cu ildə Qax rayonunda anadan olub.

Azərbaycan Ordusunun əsgəri olan Bəhruz Tağızadə 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində könüllü olaraq iştirak edib. Cəbrayılın, Füzulinin, Hadrutun və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Bəhruz Tağızadə 7 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. 16 noyabr 2020-ci ildə dəfn edilib.

O, ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Şuşanın azad olunmasına görə" medalları və III dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Hadisə
Dünən, 20:38

Anbardar iş adamını aldatdı - 1 milyon manatlıq dələduzluq

Cəmiyyət
Dünən, 19:38

Qusarlı şagird beynəlxalq yarışmada qızıl medal qazandı

Cəmiyyət
Dünən, 18:36

Şəhidlərin xatirəsinə minlərlə addım: Şəhid nəvəsi Qubadadır

Hadisə
Dünən, 18:00

İsmayıllıda oğul içkili atasını öldürdü

Cəmiyyət
Dünən, 17:20

MKA "Apple" cihazlarında təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə növbəti dəfə xəbərdarlıq edib

İdman
Dünən, 16:30

Zaqatalalı idmançı ikiqat Avropa çempionu oldu

Cəmiyyət
Dünən, 15:37

Palçığa batan kənd: Bu yoldan kim keçə bilər?

Cəmiyyət
Dünən, 14:45

Zaqatalada qaz olmayacaq

Hadisə
Dünən, 14:00

Şəkidə icra nümayəndəsi bələdiyyə sədrinin başına butulka çırpdı

Cəmiyyət
Dünən, 13:06

Qubanın məşhur alması təhlükədə: Fermerlər minlərlə manat zərərdədir

Cəmiyyət
Dünən, 12:38

Qubada bu məktəb və bağçaların adları dəyişdirilib

Hadisə
Dünən, 11:41

Bakı-Quba yolunda ağır qəza: avtomobil aşdı

Cəmiyyət
Dünən, 11:01

Şahdağa qar yağıb

Cəmiyyət
Dünən, 10:25

SHXÇDX rəisi Qəbələdə vətəndaşları qəbul edəcək

İdman
Dünən, 09:31

"Qəbələ" "Qarabağ"la üz-üzə gələcək

Hadisə
Dünən, 00:01

Vətən müharibəsinin 35-ci günü: XRONİKA

İqtisadiyyat
30 oktyabr 2026, 17:51

Qəbələ və Ağsuda iri su layihələri həyata keçirilir - FOTO

Faydalı
30 oktyabr 2026, 17:47

Dövlətdən dəstək alan Vətən müharibəsi iştirakçısı Qubada biznesini genişləndirib

Bütün xəbərlər
30 oktyabr 2026, 16:53

Şəkidə avtomobil aşdı

Cəmiyyət
30 oktyabr 2026, 16:20

"Shimal.News" yazdı, qurumlar hərəkətə keçdi

Faydalı
30 oktyabr 2026, 15:21

Bakı-Balakən qatarı BU TARİXDƏN yenidən fəaliyyətə başlayır

Kriminal
30 oktyabr 2026, 14:21

Qaxda silsilə oğurluq edən şəxs tutulub

Cəmiyyət
30 oktyabr 2026, 14:00

Noyabrda Şimalın havası necə olacaq?

Oxşar xəbərlər