top
Şimalın igid şəhidlərinin doğum günüdür
28 iyul 2026, 15:01
- ↺ +

Şimalın igid şəhidlərinin doğum günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün şəhidlərimiz - Cəmil Məmmədli, Mayis Səmədov və Əhməd Laçınovun doğum günüdür.

1999-cu il iyulun 28-də İsmayıllıda anadan olan Cəmil Məmmədli orta təhsilini Bakı şəhərində alıb, daha sonra Azərbaycan Texniki Universitetini bitirib. 2020-ci ilin iyulunda hərbi xidmətə yollanan Cəmil Vətən müharibəsi başlayanda könüllü şəkildə ön cəbhəyə göndərilməsini istəyib. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edən qəhrəman oktyabrın 14-dən 15-nə keçən gecə Dördçinar kəndi istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Şəhid Cəmil Məmmədli ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Cəsur döyüşçü" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

1977-ci il iyulun 28-də Xaçmaz rayonunun Qadaşoba kəndində anadan olan Mayis Səmədov uzun illər Daxili Qoşunlarda xidmət edib. Xüsusi təyinatlı dəstənin istehkamçısı olan gizir Vətən müharibəsi zamanı Cəbrayıl və Füzuli istiqamətlərində gedən döyüşlərdə iştirak edib. O, 2020-ci il oktyabrın 5-də Füzuli döyüşlərində şəhid olub.

Mayis Səmədov ölümündən sonra "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

1999-cu il iyulun 28-də Zaqatala rayonunun Yuxarı Çardaxlar kəndində anadan olan Əhməd Laçınov 2019-cu ildə hərbi xidmətə çağırılıb. Xüsusi Təyinatlı Qüvvələrin əsgəri kimi Vətən müharibəsində Murovdağ, Cəbrayıl və Füzuli istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Əhməd Laçınov 2020-ci il oktyabrın 3-də Füzuli döyüşləri zamanı şəhid olub.

Əhməd Laçınov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda", "İgidliyə görə", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Hadisə
Dünən, 20:38

Anbardar iş adamını aldatdı - 1 milyon manatlıq dələduzluq

Cəmiyyət
Dünən, 19:38

Qusarlı şagird beynəlxalq yarışmada qızıl medal qazandı

Cəmiyyət
Dünən, 18:36

Şəhidlərin xatirəsinə minlərlə addım: Şəhid nəvəsi Qubadadır

Hadisə
Dünən, 18:00

İsmayıllıda oğul içkili atasını öldürdü

Cəmiyyət
Dünən, 17:20

MKA "Apple" cihazlarında təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə növbəti dəfə xəbərdarlıq edib

İdman
Dünən, 16:30

Zaqatalalı idmançı ikiqat Avropa çempionu oldu

Cəmiyyət
Dünən, 15:37

Palçığa batan kənd: Bu yoldan kim keçə bilər?

Cəmiyyət
Dünən, 14:45

Zaqatalada qaz olmayacaq

Hadisə
Dünən, 14:00

Şəkidə icra nümayəndəsi bələdiyyə sədrinin başına butulka çırpdı

Cəmiyyət
Dünən, 13:06

Qubanın məşhur alması təhlükədə: Fermerlər minlərlə manat zərərdədir

Cəmiyyət
Dünən, 12:38

Qubada bu məktəb və bağçaların adları dəyişdirilib

Hadisə
Dünən, 11:41

Bakı-Quba yolunda ağır qəza: avtomobil aşdı

Cəmiyyət
Dünən, 11:01

Şahdağa qar yağıb

Cəmiyyət
Dünən, 10:25

SHXÇDX rəisi Qəbələdə vətəndaşları qəbul edəcək

İdman
Dünən, 09:31

"Qəbələ" "Qarabağ"la üz-üzə gələcək

Hadisə
Dünən, 00:01

Vətən müharibəsinin 35-ci günü: XRONİKA

İqtisadiyyat
30 oktyabr 2026, 17:51

Qəbələ və Ağsuda iri su layihələri həyata keçirilir - FOTO

Faydalı
30 oktyabr 2026, 17:47

Dövlətdən dəstək alan Vətən müharibəsi iştirakçısı Qubada biznesini genişləndirib

Bütün xəbərlər
30 oktyabr 2026, 16:53

Şəkidə avtomobil aşdı

Cəmiyyət
30 oktyabr 2026, 16:20

"Shimal.News" yazdı, qurumlar hərəkətə keçdi

Faydalı
30 oktyabr 2026, 15:21

Bakı-Balakən qatarı BU TARİXDƏN yenidən fəaliyyətə başlayır

Kriminal
30 oktyabr 2026, 14:21

Qaxda silsilə oğurluq edən şəxs tutulub

Cəmiyyət
30 oktyabr 2026, 14:00

Noyabrda Şimalın havası necə olacaq?

Oxşar xəbərlər