top
Şimaldan keçən magistral yola qarşı biganəlik-Qurum nə deyir?
10 aprel 2025, 15:17
- ↺ +

Şimaldan keçən magistral yola qarşı biganəlik-Qurum nə deyir?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ölkə əhəmiyyətli yollardan biri sayılan M5 Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi magistral yolunun qalan hissəsinin nə vaxt bərpa olunacağı vətəndaşları narahat edir.

Bizim.Media-nın məlumatına görə, yolun ümumi uzunluğu 164 kilometrdir. Onun 46 km-lik Xaldan-Şəki və 40 km-lik Zaqatala-Balakən-Mazımçay hissəsi yenidən qurulsa da, qalan hissələri uzun illərdir təmir olunmayıb.

Magistral yolun indiki durumu tək Şəki, Qax və Zaqatala sakinləri deyil, o cümlədən, bu yoldan istifadə edən digər sürücülər üçün də çətinliklər yaradır.

Şəki-Zaqatala rayonlarını əhatə edən 80 km-ə yaxın hissəsi nə təhlükəsizlik, nə də texniki baxımdan tələblərə cavab vermir.

Magistralın Zaqatala rayonunun Qımır kəndindən şəhərə kimi olan hissəsində bir neçə körpü var. Bu körpülərin dar olması bir təhlükədirsə, onun asfaltının dağılması isə tamam başqa bir problemdir.

Hazırda yolun bərbad olduğu Şəki-Qax-Zaqatala hissəsində bu rayonların əsas yaşayış məntəqələri yerləşir. Digər tərəfdən sözügedən rayonların kənd təsərrüfatı məhsullarını istehsal edənlərin də əksəri bu yoldan istifadə edir.

Sərnişindaşıma ilə məşğul olan Yunus Murtuzov avtomobili qarşıdakı çala və çuxurdan yayındırmaq istəsə də nail ola bilmir və maşını kənara verib saxlayır:

“Baxın, əksər yerdə vəziyyət belədir. Maşınlar tez-tez sıradan çıxır, yolun sağı-solu çuxurdur, maşının ehtiyat hissələrinin hər gün demək olar təmirə ehtiyacı olur”, - deyir.

Magistralın təmirə ehtiyacı olan hissəsi ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, 2018-ci ildə magistralın Zaqatala-Balakən-Mazımçay hissəsi əsaslı şəkildə yenidən qurulub. 2021-ci ildə isə Xaldan-Şəki hissəsinin yenidən qurulması Agentlik tərəfindən həyata keçirilərək yekunlaşdırılıb. Yolun Şəki-Zaqatala hissəsinin yenidən qurulması da nəzərdə tutulub. Bununla bağlı hazırlanan layihə aidiyyəti üzrə təqdim olunub və dövlət proqramına salınıb. Sözügedən hissənin əsaslı şəkildə yenidən qurulması yaxın gələcəkdə təmin olunacaq.

Belə çıxır ki, vəsait ayrılması gözlənilir. Bu nə zaman baş verəcəyi isə bəlli deyil. O zamana kimi sürücülər özlərini qorumalı, avtomobillərini ehtiyatla idarə etməlidir ki, az zərər çəksinlər.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 11:15

Şahdağda qar örtüyünün hündürlüyü 29 sm-dir

İdman
Bu gün, 10:26

Qubalı şəhidin anası futbol klubu yaratdı

Cəmiyyət
Bu gün, 09:29

Şimal bölgəsində qar: kəndlər ağ örpəyə büründü

Bütün xəbərlər
Bu gün, 09:04

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 44-cü günü – XRONİKA

Cəmiyyət
Dünən, 22:36

Ərdoğan Şuşada Bəxtiyar Vahabzadənin şeirini səsləndirdi

Cəmiyyət
Dünən, 15:12

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib

Cəmiyyət
Dünən, 15:06

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
07 noyabr 2026, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
07 noyabr 2026, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
07 noyabr 2026, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
07 noyabr 2026, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
07 noyabr 2026, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
07 noyabr 2026, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
07 noyabr 2026, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
07 noyabr 2026, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
07 noyabr 2026, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
07 noyabr 2026, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
07 noyabr 2026, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
07 noyabr 2026, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
07 noyabr 2026, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Oxşar xəbərlər