Sabah bəzi şimal rayonlarında güclü külək əsəcək.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Məlumata əsasən, Qusar, Xaçmaz, Siyəzən, Şabran və Xızıda sarı xəbərdarlığa uyğun olaraq cənub-şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.