Quba-Xınalıq yolundan güclü sel keçib. Bu barədə ShimalNews 23 iyun tarixində Bizim.Media-ya istinadən məlumat verir.
İntensiv yağışlar nəticəsində çay suyunun səviyyəsi artıb. Yolun 36-cı km-də asfalt örtüyü zədələnərək yararsız hala düşüb.
Səhər saatlarından başlayaraq müvafiq qurumlar bərpa işlərinə başlayıb.