top
Şəkili tibb işçisi: Əməkhaqqı artımı dövlətin səhiyyə işçilərinə göstərdiyi diqqətin bariz nümunəsidir
07 sentyabr 2026, 13:39
- ↺ +

Şəkili tibb işçisi: "Əməkhaqqı artımı dövlətin səhiyyə işçilərinə göstərdiyi diqqətin bariz nümunəsidir"

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Son illərdə tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, icbari tibbi sığortanın tətbiq dairəsinin genişləndirilməsi ilə yanaşı, insan kapitalına qoyulan yatırımlar da ardıcıl xarakter alıb. Bu siyasətin məntiqi davamı olaraq, dövlətimiz tərəfindən həkim və tibbi heyətin əməkhaqqının artırılması istiqamətində növbəti addım atılıb. Belə ki, TƏBİB sistemində çalışan tibb işçilərinin əməkhaqları Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və Prezident İlham Əliyevin tapşırığı ilə əhəmiyyətli dərəcədə artırılıb. Dövlət rəhbərliyinin səhiyyə işçilərinin əməyinə verdiyi yüksək dəyərin və insan amilinə göstərdiyi diqqətin təzahürü olan bu addım tibb heyətinin sosial müdafiəsini daha da möhkəmləndirəcək.

Əməkhaqlarının artırılması ölkəmizin hər yerində olduğu kimi, Şəki Rayon Mərkəzi Xəstəxanasında da tibb heyəti tərəfindən böyük sevinclə qarşılanıb. Ömrünün 26 ilini səhiyyə sisteminə həsr edən, insanların sağlamlığı keşiyində dayanan İlhamə Mütəllibova bu illər ərzində xəstəxananın müxtəlif bölmələrində çalışıb. Bir neçə dəfə özəl xəstəxanalardan yüksək maaşla iş dəvəti alsa da, öz doğma iş yerini tərk etməyi düşünməyib.

Baş tibb bacısı bildirir ki, dövlətimizin qüdrətini, millətin həmrəyliyini Aprel döyüşlərində, 44 günlük Vətən müharibəsində və sonrakı dövrdə bir daha əminliklə hiss edib. Həmin günlərdə İlhamə Mütəllibova və onun komandası da ayıq-sayıq çalışaraq yaralıların müalicəsinə, sakinlərin sağlamlığına tez qovuşmasına səy göstəriblər. Eyni zamanda, yaralıların, şəhid ailələrinin daim yanında olub, onların psixoloji gərginliyinin aradan qaldırılması üçün fədakarlıqla xidmət ediblər.

İlhamə Mütəllibova göstərilən yüksək qayğıya görə Birinci vitse-prezident Mehriban Əliyevaya və Prezident İlham Əliyevə Şəkinin bütün tibb heyəti adından minnətdarlığını bildirib, bundan sonra da insanların sağlamlığı keşiyində layiqincə dayanacaqlarını vurğulayıb.

Mənbə: Azərtac

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Hadisə
Dünən, 20:38

Anbardar iş adamını aldatdı - 1 milyon manatlıq dələduzluq

Cəmiyyət
Dünən, 19:38

Qusarlı şagird beynəlxalq yarışmada qızıl medal qazandı

Cəmiyyət
Dünən, 18:36

Şəhidlərin xatirəsinə minlərlə addım: Şəhid nəvəsi Qubadadır

Hadisə
Dünən, 18:00

İsmayıllıda oğul içkili atasını öldürdü

Cəmiyyət
Dünən, 17:20

MKA "Apple" cihazlarında təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə növbəti dəfə xəbərdarlıq edib

İdman
Dünən, 16:30

Zaqatalalı idmançı ikiqat Avropa çempionu oldu

Cəmiyyət
Dünən, 15:37

Palçığa batan kənd: Bu yoldan kim keçə bilər?

Cəmiyyət
Dünən, 14:45

Zaqatalada qaz olmayacaq

Hadisə
Dünən, 14:00

Şəkidə icra nümayəndəsi bələdiyyə sədrinin başına butulka çırpdı

Cəmiyyət
Dünən, 13:06

Qubanın məşhur alması təhlükədə: Fermerlər minlərlə manat zərərdədir

Cəmiyyət
Dünən, 12:38

Qubada bu məktəb və bağçaların adları dəyişdirilib

Hadisə
Dünən, 11:41

Bakı-Quba yolunda ağır qəza: avtomobil aşdı

Cəmiyyət
Dünən, 11:01

Şahdağa qar yağıb

Cəmiyyət
Dünən, 10:25

SHXÇDX rəisi Qəbələdə vətəndaşları qəbul edəcək

İdman
Dünən, 09:31

"Qəbələ" "Qarabağ"la üz-üzə gələcək

Hadisə
Dünən, 00:01

Vətən müharibəsinin 35-ci günü: XRONİKA

İqtisadiyyat
30 oktyabr 2026, 17:51

Qəbələ və Ağsuda iri su layihələri həyata keçirilir - FOTO

Faydalı
30 oktyabr 2026, 17:47

Dövlətdən dəstək alan Vətən müharibəsi iştirakçısı Qubada biznesini genişləndirib

Bütün xəbərlər
30 oktyabr 2026, 16:53

Şəkidə avtomobil aşdı

Cəmiyyət
30 oktyabr 2026, 16:20

"Shimal.News" yazdı, qurumlar hərəkətə keçdi

Faydalı
30 oktyabr 2026, 15:21

Bakı-Balakən qatarı BU TARİXDƏN yenidən fəaliyyətə başlayır

Kriminal
30 oktyabr 2026, 14:21

Qaxda silsilə oğurluq edən şəxs tutulub

Cəmiyyət
30 oktyabr 2026, 14:00

Noyabrda Şimalın havası necə olacaq?

Oxşar xəbərlər