top
Şəkidə yüzillik sirrlər üzə çıxır: alimlər tarixi irsi araşdırırlar
Foto
29 iyun 2026, 17:59
- ↺ +

Şəkidə yüzillik sirrlər üzə çıxır: alimlər tarixi irsi araşdırırlar

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Şəkinin zəngin milli-mədəni irsi və qədim sənətkarlıq ənənələri elmi ekspedisiya çərçivəsində araşdırılır.

AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu ilə Şəki Regional Elmi Mərkəzinin birgə təşkil etdiyi ekspedisiya Şəki və ətraf şimal-qərb rayonlarını əhatə edir.

Araşdırmalar zamanı arxaik folklor, ailə dəyərləri, məişət və geyim mədəniyyəti, sənətkarlıq ənənələri, multikultural mühit və dialekt xüsusiyyətləri öyrənilir.

Ekspedisiya üzvləri Şəkinin məşhur şəbəkəçilik, təkəlduzluq, dulusçuluq və ipəkçilik sənətlərini, həmçinin Balakən və Qax rayonlarında qədim məişət nümunələrini araşdırır. Yaşlı sakinlərdən XIX əsrin sonu – XX əsrin əvvəllərinə aid geyimlər, bəzək əşyaları və məişət əşyaları ilə bağlı məlumatlar toplanır.

AMEA-nın Tarix və Etnologiya İnstitutunun şöbə müdiri İlhamə Məmmədova bildirib ki, Şəkidə fəaliyyət göstərən sənətkarlar milli ənənələri yaşatmaqla Azərbaycanın zəngin mədəni irsini gələcək nəsillərə ötürürlər.

Ekspedisiya rəhbəri Tahir Şahbazov isə Baş Layısqı kəndində yerləşən tarixi yaşayış evinin və Şin kəndindəki qədim su dəyirmanının qorunmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, bu abidələr milli memarlıq və məişət tariximizin dəyərli nümunələridir.

Araşdırmalar Kiş kəndində də aparılıb. Burada qədim yaşayış evləri, milli memarlıq üslubu və məişət əşyalarının bu günə qədər qorunub saxlanıldığı müəyyən edilib.

Toplanan nadir eksponatların gələcəkdə yaradılması nəzərdə tutulan Etnologiya Muzeyində nümayiş etdirilməsi planlaşdırılır.





Mənbə: Azərtac

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Hadisə
Dünən, 20:38

Anbardar iş adamını aldatdı - 1 milyon manatlıq dələduzluq

Cəmiyyət
Dünən, 19:38

Qusarlı şagird beynəlxalq yarışmada qızıl medal qazandı

Cəmiyyət
Dünən, 18:36

Şəhidlərin xatirəsinə minlərlə addım: Şəhid nəvəsi Qubadadır

Hadisə
Dünən, 18:00

İsmayıllıda oğul içkili atasını öldürdü

Cəmiyyət
Dünən, 17:20

MKA "Apple" cihazlarında təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə növbəti dəfə xəbərdarlıq edib

İdman
Dünən, 16:30

Zaqatalalı idmançı ikiqat Avropa çempionu oldu

Cəmiyyət
Dünən, 15:37

Palçığa batan kənd: Bu yoldan kim keçə bilər?

Cəmiyyət
Dünən, 14:45

Zaqatalada qaz olmayacaq

Hadisə
Dünən, 14:00

Şəkidə icra nümayəndəsi bələdiyyə sədrinin başına butulka çırpdı

Cəmiyyət
Dünən, 13:06

Qubanın məşhur alması təhlükədə: Fermerlər minlərlə manat zərərdədir

Cəmiyyət
Dünən, 12:38

Qubada bu məktəb və bağçaların adları dəyişdirilib

Hadisə
Dünən, 11:41

Bakı-Quba yolunda ağır qəza: avtomobil aşdı

Cəmiyyət
Dünən, 11:01

Şahdağa qar yağıb

Cəmiyyət
Dünən, 10:25

SHXÇDX rəisi Qəbələdə vətəndaşları qəbul edəcək

İdman
Dünən, 09:31

"Qəbələ" "Qarabağ"la üz-üzə gələcək

Hadisə
Dünən, 00:01

Vətən müharibəsinin 35-ci günü: XRONİKA

İqtisadiyyat
30 oktyabr 2026, 17:51

Qəbələ və Ağsuda iri su layihələri həyata keçirilir - FOTO

Faydalı
30 oktyabr 2026, 17:47

Dövlətdən dəstək alan Vətən müharibəsi iştirakçısı Qubada biznesini genişləndirib

Bütün xəbərlər
30 oktyabr 2026, 16:53

Şəkidə avtomobil aşdı

Cəmiyyət
30 oktyabr 2026, 16:20

"Shimal.News" yazdı, qurumlar hərəkətə keçdi

Faydalı
30 oktyabr 2026, 15:21

Bakı-Balakən qatarı BU TARİXDƏN yenidən fəaliyyətə başlayır

Kriminal
30 oktyabr 2026, 14:21

Qaxda silsilə oğurluq edən şəxs tutulub

Cəmiyyət
30 oktyabr 2026, 14:00

Noyabrda Şimalın havası necə olacaq?

Oxşar xəbərlər