Şəkinin Qoxmuq kəndi ərazisində yerləşən yanacaqdoldurma məntəqəsinin giriş və çıxışını göstərən yol nişanları yoxdur.
Shimal.News-a danışan sürücülərin sözlərinə görə, Qax və Şəki istiqamətindən gələn avtomobillərin məntəqəyə daxil olması zamanı yolda sıxlıq yaranır və digər maşınların hərəkəti çətinləşir.
Sürücülər problemin həlli üçün giriş-çıxışın aydın şəkildə göstərilməsini istəyirlər.
Vətəndaşlar bildirir ki, problem dəfələrlə YDM sahibinə çatdırılıb. Lakin yolun nişanlanması həmin şəxslərin səlahiyyətində deyil və ərazi onların balansında deyil.
Sürücülər aidiyyəti qurumların məsələni həll etməsini xahiş edirlər.