Şəki Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsi işdən azad edilib.
Oxu.az-ın məlumatına görə, bununla bağlı icra başçısı Elxan Usubov əmr imzalayıb.
Əmrə əsasən, icra hakimiyyətinin Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin Hüquq və kadr məsələləri sektorunun məsləhətçisi Eldar Əlyəsər oğlu Məmmədov tutduğu vəzifədən azad olunub.