top
Şəkidə 300 illik kəlağayıların sərgiləndiyi unikal muzey açıldı
Foto
06 iyul 2026, 12:40
- ↺ +

Şəkidə 300 illik kəlağayıların sərgiləndiyi unikal muzey açıldı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Şəkidə Azərbaycanın qədim ipəkçilik ənənələrini yaşadan daha bir mədəni məkan – Kəlağayı Muzeyi fəaliyyətə başlayıb.

Muzeydə Şəki sənətkarlarının təbii boyalarla işlədiyi 100-dən çox kəlağayı nümayiş etdirilir. Eksponatlar arasında yaşı 300 ilə çatan nadir kəlağayı nümunələri də yer alır.

Muzey tarixi Şirin bəyin mülkündə yaradılıb. Burada ziyarətçilər yalnız qədim kəlağayıları izləməklə kifayətlənmir, həm də ipəkdən kəlağayı hazırlanmasının bütün mərhələlərini əyani şəkildə izləyə, ustad dərslərində iştirak edə bilirlər.

Muzeyin ideya müəlliflərindən biri Ruhiyyə Rəhimova bildirib ki, əsas məqsəd yerli və xarici turistlərə kəlağayının Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsi olduğunu göstərməkdir.

Onun sözlərinə görə, muzeydə nümayiş etdirilən eksponatlar arasında tarixi baxımdan xüsusi əhəmiyyət daşıyan, əsrlərdir qorunub saxlanılan Şəki kəlağayıları mövcuddur.

Şəki Regional Turizm İdarəsinin rəisi Şahin Məlikov isə bildirib ki, Kəlağayı Muzeyi artıq şəhərin turizm marşrutlarına daxil edilib. Buraya gələn turistlər həm qədim ipəkçilik ənənələri ilə tanış olur, həm də ustad dərsləri və milli mətbəx nümunələri ilə zəngin turizm təcrübəsi yaşayırlar.

Qeyd edək ki, Azərbaycan kəlağayı sənəti 2014-cü ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib və Şəki bu qədim sənətin əsas mərkəzlərindən biri hesab olunur.



Mənbə: AZƏRTAC

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Hadisə
Dünən, 20:38

Anbardar iş adamını aldatdı - 1 milyon manatlıq dələduzluq

Cəmiyyət
Dünən, 19:38

Qusarlı şagird beynəlxalq yarışmada qızıl medal qazandı

Cəmiyyət
Dünən, 18:36

Şəhidlərin xatirəsinə minlərlə addım: Şəhid nəvəsi Qubadadır

Hadisə
Dünən, 18:00

İsmayıllıda oğul içkili atasını öldürdü

Cəmiyyət
Dünən, 17:20

MKA "Apple" cihazlarında təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə növbəti dəfə xəbərdarlıq edib

İdman
Dünən, 16:30

Zaqatalalı idmançı ikiqat Avropa çempionu oldu

Cəmiyyət
Dünən, 15:37

Palçığa batan kənd: Bu yoldan kim keçə bilər?

Cəmiyyət
Dünən, 14:45

Zaqatalada qaz olmayacaq

Hadisə
Dünən, 14:00

Şəkidə icra nümayəndəsi bələdiyyə sədrinin başına butulka çırpdı

Cəmiyyət
Dünən, 13:06

Qubanın məşhur alması təhlükədə: Fermerlər minlərlə manat zərərdədir

Cəmiyyət
Dünən, 12:38

Qubada bu məktəb və bağçaların adları dəyişdirilib

Hadisə
Dünən, 11:41

Bakı-Quba yolunda ağır qəza: avtomobil aşdı

Cəmiyyət
Dünən, 11:01

Şahdağa qar yağıb

Cəmiyyət
Dünən, 10:25

SHXÇDX rəisi Qəbələdə vətəndaşları qəbul edəcək

İdman
Dünən, 09:31

"Qəbələ" "Qarabağ"la üz-üzə gələcək

Hadisə
Dünən, 00:01

Vətən müharibəsinin 35-ci günü: XRONİKA

İqtisadiyyat
30 oktyabr 2026, 17:51

Qəbələ və Ağsuda iri su layihələri həyata keçirilir - FOTO

Faydalı
30 oktyabr 2026, 17:47

Dövlətdən dəstək alan Vətən müharibəsi iştirakçısı Qubada biznesini genişləndirib

Bütün xəbərlər
30 oktyabr 2026, 16:53

Şəkidə avtomobil aşdı

Cəmiyyət
30 oktyabr 2026, 16:20

"Shimal.News" yazdı, qurumlar hərəkətə keçdi

Faydalı
30 oktyabr 2026, 15:21

Bakı-Balakən qatarı BU TARİXDƏN yenidən fəaliyyətə başlayır

Kriminal
30 oktyabr 2026, 14:21

Qaxda silsilə oğurluq edən şəxs tutulub

Cəmiyyət
30 oktyabr 2026, 14:00

Noyabrda Şimalın havası necə olacaq?

Oxşar xəbərlər