top
Şəki Yaylası faciəsində yeni detal: Qoruyucu ilə bağlı suallar yaranıb
Foto Video
14 sentyabr 2026, 16:44
- ↺ +

"Şəki Yaylası" faciəsində yeni detal: Qoruyucu ilə bağlı suallar yaranıb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Şəki Yaylası" istirahət mərkəzində iki nəfərin ölümü ilə nəticələnən faciə ilə bağlı yeni iddialar ortaya çıxıb. Təqdim olunan fotolar ziplayn avadanlığında əlavə qoruyucu sistemin istehsalçının nəzərdə tutduğu qaydada quraşdırılmadığına dair suallar yaradır.

Hadisə zamanı həyatını itirən şəxsin üzərində olan avadanlığın fotosunda iki halqanın rolikin alt hissəsinə, birinin isə əsas tros-xəttə bərkidildiyi görünür.

İddiaya görə, istehsalçının təlimatında əlavə qoruyucu kəmərin karabin vasitəsilə əsas trosu əhatə etməsi və rolikin üzərindəki xüsusi birləşmə nöqtəsinə bağlanması nəzərdə tutulur. Bu sistemin məqsədi rolikdə nasazlıq yarandığı halda şəxsin əsas trosdan asılı vəziyyətdə qalmasını və yerə düşməsinin qarşısını almaqdır.

Təqdim olunan görüntülərdə isə əlavə qoruyucunun kustar üsulla, iki yerə bölünmüş plastik boru və yastı iplə hazırlanmış konstruksiyaya birləşdirildiyi və əsas trosda əyləc mexanizmi kimi istifadə olunduğu iddia edilir. Hadisə zamanı rolik trosdan çıxdıqda məhz həmin plastik hissənin qopduğu bildirilir.

İddialara əsasən, eyni quraşdırma üsulundan "Şəki Yaylası"nda ziplayndan istifadə edən digər şəxslərin avadanlıqlarında da istifadə olunub.

Prokurorluğun materiallarında hadisə zamanı qopmuş bu konstruksiyanın "əlavə qoruyucunun zədələnməsi" kimi qeyd edildiyi bildirilir. Bu məlumatın texniki araşdırma zamanı təsdiqlənməsi halında isə məsuliyyət və təhlükəsizlik məsələləri ilə bağlı əlavə suallar yarana bilər.

Əsas suallar bunlardır: Əlavə qoruyucu sistem niyə istehsalçının təlimatına uyğun quraşdırılmayıb? Bu sistemi kim quraşdırıb? Quraşdırmaya kim nəzarət edib? Eyni üsul digər ziplayn avadanlıqlarında da tətbiq olunubmu?

Əgər təqdim olunan görüntülər və iddialar ekspertiza ilə təsdiqlənərsə, araşdırmanın yalnız rolikdə baş verdiyi ehtimal olunan texniki nasazlıqla məhdudlaşmaması və ziplaynın təhlükəsizlik sisteminin bütövlükdə araşdırılması məsələsi gündəmə gələ bilər.

Təqdim olunan məlumatlar və görüntülər hazırda iddia xarakterlidir. Onların texniki ekspertiza və istintaq nəticələri ilə təsdiqlənib-təsdiqlənmədiyi məlum deyil. 




Mənbə: Axar.az

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Hadisə
Dünən, 20:38

Anbardar iş adamını aldatdı - 1 milyon manatlıq dələduzluq

Cəmiyyət
Dünən, 19:38

Qusarlı şagird beynəlxalq yarışmada qızıl medal qazandı

Cəmiyyət
Dünən, 18:36

Şəhidlərin xatirəsinə minlərlə addım: Şəhid nəvəsi Qubadadır

Hadisə
Dünən, 18:00

İsmayıllıda oğul içkili atasını öldürdü

Cəmiyyət
Dünən, 17:20

MKA "Apple" cihazlarında təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə növbəti dəfə xəbərdarlıq edib

İdman
Dünən, 16:30

Zaqatalalı idmançı ikiqat Avropa çempionu oldu

Cəmiyyət
Dünən, 15:37

Palçığa batan kənd: Bu yoldan kim keçə bilər?

Cəmiyyət
Dünən, 14:45

Zaqatalada qaz olmayacaq

Hadisə
Dünən, 14:00

Şəkidə icra nümayəndəsi bələdiyyə sədrinin başına butulka çırpdı

Cəmiyyət
Dünən, 13:06

Qubanın məşhur alması təhlükədə: Fermerlər minlərlə manat zərərdədir

Cəmiyyət
Dünən, 12:38

Qubada bu məktəb və bağçaların adları dəyişdirilib

Hadisə
Dünən, 11:41

Bakı-Quba yolunda ağır qəza: avtomobil aşdı

Cəmiyyət
Dünən, 11:01

Şahdağa qar yağıb

Cəmiyyət
Dünən, 10:25

SHXÇDX rəisi Qəbələdə vətəndaşları qəbul edəcək

İdman
Dünən, 09:31

"Qəbələ" "Qarabağ"la üz-üzə gələcək

Hadisə
Dünən, 00:01

Vətən müharibəsinin 35-ci günü: XRONİKA

İqtisadiyyat
30 oktyabr 2026, 17:51

Qəbələ və Ağsuda iri su layihələri həyata keçirilir - FOTO

Faydalı
30 oktyabr 2026, 17:47

Dövlətdən dəstək alan Vətən müharibəsi iştirakçısı Qubada biznesini genişləndirib

Bütün xəbərlər
30 oktyabr 2026, 16:53

Şəkidə avtomobil aşdı

Cəmiyyət
30 oktyabr 2026, 16:20

"Shimal.News" yazdı, qurumlar hərəkətə keçdi

Faydalı
30 oktyabr 2026, 15:21

Bakı-Balakən qatarı BU TARİXDƏN yenidən fəaliyyətə başlayır

Kriminal
30 oktyabr 2026, 14:21

Qaxda silsilə oğurluq edən şəxs tutulub

Cəmiyyət
30 oktyabr 2026, 14:00

Noyabrda Şimalın havası necə olacaq?

Oxşar xəbərlər