top
Şəki Xan Sarayının yaşı düşündüyümüzdən qədim imiş
29 iyun 2026, 12:22
- ↺ +

Şəki Xan Sarayının yaşı düşündüyümüzdən qədim imiş

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Şəki Xan Sarayının yerləşdiyi ərazinin tarixinin indiyədək düşünüldüyündən xeyli qədim olduğu elmi cəhətdən təsdiqlənib.

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi ilə AMEA Arxeologiya və Antropologiya İnstitutunun birgə əməkdaşlığı çərçivəsində 2023–2025-ci illərdə Şəki şəhərindəki "Yuxarı Baş" Milli Tarix-Memarlıq Qoruğu ərazisində, Şəki Xan Sarayının ətrafında aparılan arxeoloji qazıntılar Azərbaycanın orta əsrlər tarixinin öyrənilməsi baxımından mühüm nəticələr verib.

Arxeoloji tədqiqatlara AMEA Arxeologiya və Antropologiya İnstitutunun şöbə müdiri tarix üzrə fəlsəfə doktoru arxeoloq Valeh Ələkbərov rəhbərlik edib.

Bildirilib ki, qazıntılar zamanı aşkar edilmiş müxtəlif arxeoloji laylardan götürülən kömür nümunələri dünyanın ən nüfuzlu elmi mərkəzlərindən biri olan Yaponiya Tokio Universiteti Muzeyinin Radiokarbon tarixləndirmə laboratoriyasında yüksəkdəqiqlikli AMS Radiokarbon (C14) analizinə cəlb olunub.

Analizlər nəticəsində Şəki Xan Sarayının yerləşdiyi ərazidə XIII əsrə aid yaşayış sübut edilib. Radiokarbon analizlərinin nəticələri göstərib ki, qazıntılar zamanı əldə edilən ən qədim nümunə 1255–1288-ci illərə, daha yüksək ehtimalla isə 1263–1288-ci illərə aiddir. Bu nəticə ilk dəfə olaraq Şəki Xan Sarayının yerləşdiyi ərazidə XIII əsrdə insan fəaliyyəti və yaşayışın mövcud olduğunu elmi şəkildə təsdiqləyir.

Analizlər, həmçinin göstərir ki, həmin ərazi sonrakı əsrlərdə tərk edilməyib. Tədqiqatın nəticələrinə əsasən, XIII əsrdə burada yaşayış və ya insan fəaliyyəti mövcud olub, XVI–XVII əsrlərdə ərazi yenidən və ya fasiləsiz şəkildə istifadə edilib, XVIII əsrdən XIX əsrin əvvəllərinədək burada intensiv insan fəaliyyəti davam edib. Beləliklə, radiokarbon tarixləndirməsi təxminən yeddi əsri əhatə edən ardıcıl yaşayış və istifadə tarixini ortaya qoyur.

Əldə olunan elmi nəticələr göstərir ki, Şəki Xan Sarayının inşa yeri təsadüfi seçilməyib. XVIII əsrdə tikilmiş mövcud Şəki Xan Sarayı boş və yeni seçilmiş ərazidə deyil, artıq yüzilliklər boyu əhəmiyyətini qoruyan qədim yaşayış və inzibati məkanda inşa edilib.

Bu fakt ehtimal etməyə əsas verir ki, sarayın yerləşdiyi sahə daha əvvəlki dövrlərdə bölgənin hakim təbəqələrinə və ya yerli siyasi elitaya məxsus iqamətgahların yerləşdiyi strateji mərkəz olub. Başqa sözlə, Şəki Xan Sarayı həmin məkanın siyasi və inzibati ənənəsinin davamı kimi meydana çıxıb.

Radiokarbon analizləri göstərir ki, saray kompleksi altında və ətrafında daha qədim mədəni qatların mövcudluğu yüksək ehtimalla davam edir. Bu isə hazırda qazılmamış sahələrdə daha qədim tikili qalıqlarının, yaşayış komplekslərinin və yeni arxeoloji materialların aşkar edilə biləcəyini göstərir.

Mütəxəssislər hesab edirlər ki, bu ərazidə arxeoloji tədqiqatların davam etdirilməsi Şəkinin orta əsr şəhərsalma tarixinin, siyasi mərkəz kimi formalaşmasının və regionun yaşayış dinamikasının daha dolğun şəkildə öyrənilməsi üçün mühüm əhəmiyyət daşıyır.

Beləliklə, araşdırma nəticələri Şəki Xan Sarayının yerləşdiyi ərazinin tarixinin indiyədək qəbul ediləndən daha qədim olduğunu göstərməklə yanaşı, bu məkanın XIII əsrdən başlayaraq XIX əsrə qədər müxtəlif mərhələlərdə davamlı insan fəaliyyəti ilə seçilən mühüm yaşayış və inzibati mərkəz olduğunu elmi şəkildə ortaya qoyur.

Mənbə: Azərtac

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Hadisə
Dünən, 20:38

Anbardar iş adamını aldatdı - 1 milyon manatlıq dələduzluq

Cəmiyyət
Dünən, 19:38

Qusarlı şagird beynəlxalq yarışmada qızıl medal qazandı

Cəmiyyət
Dünən, 18:36

Şəhidlərin xatirəsinə minlərlə addım: Şəhid nəvəsi Qubadadır

Hadisə
Dünən, 18:00

İsmayıllıda oğul içkili atasını öldürdü

Cəmiyyət
Dünən, 17:20

MKA "Apple" cihazlarında təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə növbəti dəfə xəbərdarlıq edib

İdman
Dünən, 16:30

Zaqatalalı idmançı ikiqat Avropa çempionu oldu

Cəmiyyət
Dünən, 15:37

Palçığa batan kənd: Bu yoldan kim keçə bilər?

Cəmiyyət
Dünən, 14:45

Zaqatalada qaz olmayacaq

Hadisə
Dünən, 14:00

Şəkidə icra nümayəndəsi bələdiyyə sədrinin başına butulka çırpdı

Cəmiyyət
Dünən, 13:06

Qubanın məşhur alması təhlükədə: Fermerlər minlərlə manat zərərdədir

Cəmiyyət
Dünən, 12:38

Qubada bu məktəb və bağçaların adları dəyişdirilib

Hadisə
Dünən, 11:41

Bakı-Quba yolunda ağır qəza: avtomobil aşdı

Cəmiyyət
Dünən, 11:01

Şahdağa qar yağıb

Cəmiyyət
Dünən, 10:25

SHXÇDX rəisi Qəbələdə vətəndaşları qəbul edəcək

İdman
Dünən, 09:31

"Qəbələ" "Qarabağ"la üz-üzə gələcək

Hadisə
Dünən, 00:01

Vətən müharibəsinin 35-ci günü: XRONİKA

İqtisadiyyat
30 oktyabr 2026, 17:51

Qəbələ və Ağsuda iri su layihələri həyata keçirilir - FOTO

Faydalı
30 oktyabr 2026, 17:47

Dövlətdən dəstək alan Vətən müharibəsi iştirakçısı Qubada biznesini genişləndirib

Bütün xəbərlər
30 oktyabr 2026, 16:53

Şəkidə avtomobil aşdı

Cəmiyyət
30 oktyabr 2026, 16:20

"Shimal.News" yazdı, qurumlar hərəkətə keçdi

Faydalı
30 oktyabr 2026, 15:21

Bakı-Balakən qatarı BU TARİXDƏN yenidən fəaliyyətə başlayır

Kriminal
30 oktyabr 2026, 14:21

Qaxda silsilə oğurluq edən şəxs tutulub

Cəmiyyət
30 oktyabr 2026, 14:00

Noyabrda Şimalın havası necə olacaq?

Oxşar xəbərlər