top
Şəki və Qaxın çaylarında temperatur göstəriciləri üzrə monitorinq aparılıb
07 sentyabr 2026, 13:00
- ↺ +

Şəki və Qaxın çaylarında temperatur göstəriciləri üzrə monitorinq aparılıb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin əməkdaşları tərəfindən Şəki və Qax rayonlarının çaylarında ekoloji müşahidələr və tədqiqatlar həyata keçirilib. Araşdırma Şin, Kürmükçay və Qaçqaçay çaylarını əhatə edib.

Bu barədə Shimal.News-a AMEA-dan məlumat verilib.

Şəki Regional Elmi Mərkəzinin Ekoloji coğrafiya şöbəsinin müdiri Qafqaz Ağabalayev bildirib ki, monitorinqin əsas istiqamətlərindən biri çay sularının temperatur dəyişkənliyinin izlənilməsi olub. Eyni zamanda, suyun temperaturu ilə atmosferdəki temperatur göstəriciləri müqayisə edilib, çayların temperatur rejiminə təsir göstərə biləcək təbii amillər nəzərdən keçirilib.

Qafqaz Ağabalayev vurğulayıb ki, müşahidələr zamanı suyun temperaturu ilə yanaşı, çay yatağının ətrafındakı və atmosferdəki temperatur göstəriciləri də qeydə alınıb. Şin çayında ölçmələr ay ərzində gündəlik, Kürmükçay və Qaçqaçayda isə beş dəfə həyata keçirilib.

Onun sözlərinə görə, tədqiqat zamanı hava axınlarının, xüsusilə çay vadisi boyunca hərəkət edən hava kütlələrinin, həmçinin yağıntılı hava şəraitinin temperatur göstəricilərinə təsiri də müşahidə olunub. Sel və yağıntılardan sonra suda yaranan bulanıqlıq və lillənmənin temperatur rejimi ilə mümkün əlaqəsi də araşdırmanın diqqət mərkəzində olub.

Şöbə müdiri bildirib ki, monitorinq nəticələri əsasında hər üç çay üzrə temperatur göstəricilərini əks etdirən ilkin məlumat bazası yaradılıb. Toplanmış məlumatların gələcək müşahidələrin nəticələri ilə müqayisəsi çay ekosistemlərində temperatur dəyişmələrinin daha geniş şəkildə öyrənilməsinə imkan yaradacaq.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Hadisə
Dünən, 20:38

Anbardar iş adamını aldatdı - 1 milyon manatlıq dələduzluq

Cəmiyyət
Dünən, 19:38

Qusarlı şagird beynəlxalq yarışmada qızıl medal qazandı

Cəmiyyət
Dünən, 18:36

Şəhidlərin xatirəsinə minlərlə addım: Şəhid nəvəsi Qubadadır

Hadisə
Dünən, 18:00

İsmayıllıda oğul içkili atasını öldürdü

Cəmiyyət
Dünən, 17:20

MKA "Apple" cihazlarında təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə növbəti dəfə xəbərdarlıq edib

İdman
Dünən, 16:30

Zaqatalalı idmançı ikiqat Avropa çempionu oldu

Cəmiyyət
Dünən, 15:37

Palçığa batan kənd: Bu yoldan kim keçə bilər?

Cəmiyyət
Dünən, 14:45

Zaqatalada qaz olmayacaq

Hadisə
Dünən, 14:00

Şəkidə icra nümayəndəsi bələdiyyə sədrinin başına butulka çırpdı

Cəmiyyət
Dünən, 13:06

Qubanın məşhur alması təhlükədə: Fermerlər minlərlə manat zərərdədir

Cəmiyyət
Dünən, 12:38

Qubada bu məktəb və bağçaların adları dəyişdirilib

Hadisə
Dünən, 11:41

Bakı-Quba yolunda ağır qəza: avtomobil aşdı

Cəmiyyət
Dünən, 11:01

Şahdağa qar yağıb

Cəmiyyət
Dünən, 10:25

SHXÇDX rəisi Qəbələdə vətəndaşları qəbul edəcək

İdman
Dünən, 09:31

"Qəbələ" "Qarabağ"la üz-üzə gələcək

Hadisə
Dünən, 00:01

Vətən müharibəsinin 35-ci günü: XRONİKA

İqtisadiyyat
30 oktyabr 2026, 17:51

Qəbələ və Ağsuda iri su layihələri həyata keçirilir - FOTO

Faydalı
30 oktyabr 2026, 17:47

Dövlətdən dəstək alan Vətən müharibəsi iştirakçısı Qubada biznesini genişləndirib

Bütün xəbərlər
30 oktyabr 2026, 16:53

Şəkidə avtomobil aşdı

Cəmiyyət
30 oktyabr 2026, 16:20

"Shimal.News" yazdı, qurumlar hərəkətə keçdi

Faydalı
30 oktyabr 2026, 15:21

Bakı-Balakən qatarı BU TARİXDƏN yenidən fəaliyyətə başlayır

Kriminal
30 oktyabr 2026, 14:21

Qaxda silsilə oğurluq edən şəxs tutulub

Cəmiyyət
30 oktyabr 2026, 14:00

Noyabrda Şimalın havası necə olacaq?

Oxşar xəbərlər