top
Şəki sakini:Sol ayağım əvəzinə sağ ayağımı əməliyyat ediblər
Video
11 sentyabr 2026, 08:21
- ↺ +

Şəki sakini:"Sol ayağım əvəzinə sağ ayağımı əməliyyat ediblər"

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Şəkidə yaşayan 71 yaşlı Dövlət Abdullayeva "Medera Hospital"da keçirdiyi əməliyyatdan sonra problemlərlə üzləşdiyini iddia edib.

Qadın sol ayağının əvəzinə sağ ayağının əməliyyat olunduğunu bildirib.

Şikayətçinin sözlərinə görə, o, uzun illərdir ayaqları ilə bağlı problem yaşayır və müxtəlif vaxtlarda bir ayağından səkkiz, digərindən isə altı dəfə əməliyyat olunub.

"20 ildir mən bu zülmdəyəm. Bir ayağımdan səkkiz dəfə, digərindən altı dəfə əməliyyat olunmuşam", – deyə Dövlət Abdullayeva bildirib.

Məsələ ilə bağlı "Medera Hospital"dan isə fərqli açıqlama verilib. Klinikanın məlumatına görə, Dövlət Əliqulu qızı Abdullayeva 2 dekabr 2022-ci il və 28 fevral 2023-cü il tarixlərində sol bud sümüyünün sınığı ilə bağlı əməliyyat olunub.

Klinikadan bildirilib ki, daha sonra xəstə həyat yoldaşı ilə birlikdə tibb müəssisəsinə dəvət olunub və rəhbərliklə mütəxəssislərin iştirakı ilə konsilium keçirilib. Travmatoloq Aqşin Məmmədov xəstəni müayinə edib və iki aylıq müalicə təyin olunub.

Açıqlamaya əsasən, müalicə başa çatdıqdan sonra xəstəyə klinikaya müraciət etməsi və əməliyyatın təmənnasız həyata keçirilməsi təklif olunub. Dövlət Abdullayevanın bununla razılaşdığı və daha sonra rayona qayıtdığı bildirilib.

"Medera Hospital"dan həmçinin qeyd edilib ki, bundan sonra Dövlət Abdullayeva və həyat yoldaşı müxtəlif dövlət qurumlarına müraciətlər ediblər və klinika həmin şikayətləri əsassız hesab edir.

Ailə isə əməliyyatı icra edən Gürkan adlı həkimin Türkiyəyə getdiyini və geri qayıtmayacağını bildirib. Həkimin özü və ya onun nümayəndəsinin bu iddialarla bağlı açıqlaması təqdim olunmayıb.

Hadisənin təfərrüatları və tərəflərin açıqlamalarını Baku TV-nin videosunda:

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Hadisə
Dünən, 20:38

Anbardar iş adamını aldatdı - 1 milyon manatlıq dələduzluq

Cəmiyyət
Dünən, 19:38

Qusarlı şagird beynəlxalq yarışmada qızıl medal qazandı

Cəmiyyət
Dünən, 18:36

Şəhidlərin xatirəsinə minlərlə addım: Şəhid nəvəsi Qubadadır

Hadisə
Dünən, 18:00

İsmayıllıda oğul içkili atasını öldürdü

Cəmiyyət
Dünən, 17:20

MKA "Apple" cihazlarında təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə növbəti dəfə xəbərdarlıq edib

İdman
Dünən, 16:30

Zaqatalalı idmançı ikiqat Avropa çempionu oldu

Cəmiyyət
Dünən, 15:37

Palçığa batan kənd: Bu yoldan kim keçə bilər?

Cəmiyyət
Dünən, 14:45

Zaqatalada qaz olmayacaq

Hadisə
Dünən, 14:00

Şəkidə icra nümayəndəsi bələdiyyə sədrinin başına butulka çırpdı

Cəmiyyət
Dünən, 13:06

Qubanın məşhur alması təhlükədə: Fermerlər minlərlə manat zərərdədir

Cəmiyyət
Dünən, 12:38

Qubada bu məktəb və bağçaların adları dəyişdirilib

Hadisə
Dünən, 11:41

Bakı-Quba yolunda ağır qəza: avtomobil aşdı

Cəmiyyət
Dünən, 11:01

Şahdağa qar yağıb

Cəmiyyət
Dünən, 10:25

SHXÇDX rəisi Qəbələdə vətəndaşları qəbul edəcək

İdman
Dünən, 09:31

"Qəbələ" "Qarabağ"la üz-üzə gələcək

Hadisə
Dünən, 00:01

Vətən müharibəsinin 35-ci günü: XRONİKA

İqtisadiyyat
30 oktyabr 2026, 17:51

Qəbələ və Ağsuda iri su layihələri həyata keçirilir - FOTO

Faydalı
30 oktyabr 2026, 17:47

Dövlətdən dəstək alan Vətən müharibəsi iştirakçısı Qubada biznesini genişləndirib

Bütün xəbərlər
30 oktyabr 2026, 16:53

Şəkidə avtomobil aşdı

Cəmiyyət
30 oktyabr 2026, 16:20

"Shimal.News" yazdı, qurumlar hərəkətə keçdi

Faydalı
30 oktyabr 2026, 15:21

Bakı-Balakən qatarı BU TARİXDƏN yenidən fəaliyyətə başlayır

Kriminal
30 oktyabr 2026, 14:21

Qaxda silsilə oğurluq edən şəxs tutulub

Cəmiyyət
30 oktyabr 2026, 14:00

Noyabrda Şimalın havası necə olacaq?

Oxşar xəbərlər