top
Şəhid Turalın ailəsini kövrəldən təltif
27 iyun 2026, 16:39
- ↺ +

Şəhid Turalın ailəsini kövrəldən təltif

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ölkə başçısının imzaladığı növbəti Sərəncam Vətən uğrunda canından keçən qəhrəmanların xatirəsinə göstərilən yüksək dövlət ehtiramının təzahürü olub. Sərəncama əsasən, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda aparılan döyüş əməliyyatlarında igidlik və mərdlik göstərərək hərbi hissələr qarşısında qoyulmuş tapşırıqları şərəflə yerinə yetirərkən şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki şəxs ölümündən sonra yüksək dövlət təltifinə layiq görülüb.

Təltif olunan qəhrəmanların sırasında İsmayıllı rayonunun Diyallı kəndində dünyaya göz açan, 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan ismayıllılı Tural Ətraf oğlu Şıxızadə də var. Prezident İlham Əliyevin Sərəncamı ilə o, ölümündən sonra III dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Şəhidin qardaşı Turan Şıxıyev deyir ki, Prezidentin imzaladığı Sərəncam ailələrinə həm böyük qürur, həm də kövrək hisslər yaşadıb. Onun sözlərinə görə, qardaşının adını ordenlə təltif olunan şəhidlərin sırasında görmək ailənin ağrısını azaltmasa da, onun qəhrəmanlığının dövlət tərəfindən yüksək qiymətləndirilməsi ən böyük təsəlli olub. "Ötən gün işə getməyə hazırlaşırdım. Telefonda mənə bir xəbər göndərdilər. Linkə daxil olub baxanda digər şəhidlərimizin arasında qardaşımın – Şıxızadə Tural Ətraf oğlunun adını gördüm. Həqiqətən, çox qürurlandım. Fikirləşdim ki, qardaşımın göstərdiyi şücaət, qəhrəmanlıq unudulmur. Dövlət onun xidmətlərini yüksək qiymətləndirir. Bu, bizim ailə üçün çox böyük qürurdur. Əziyyəti, tökdüyü qan yerdə qalmadı".

Turan Şıxıyev qardaşı haqqında danışarkən səsində həm qürur, həm də dərin həsrət duyulur. Deyir ki, Tural ailənin sonbeşiyi idi. İki qardaş, bir bacı olan ailənin kiçik övladı Tural mehribanlığı, səmimiyyəti və cəsarəti ilə hər kəsin sevimlisi idi. Hələ ömrünün baharında idi. Subay idi, quracağı ailə, həyata keçirəcəyi arzuları vardı. Lakin Vətən sevgisini hər şeydən üstün tutaraq öz gələcəyini Azərbaycanın gələcəyinə qurban verdi.

Uşaqlıqdan idmana böyük maraq göstərən Tural qol güləşi üzrə üçqat ölkə çempionu olub. O, qazandığı uğurlarla idmanda adını tanıtmağa başlasa da, Vətən müharibəsi başlayanda heç bir tərəddüd etmədən ön cəbhəyə yollanıb. Onun üçün ən böyük mükafat doğma torpaqların azadlığı uğrunda döyüşmək idi. 2020-ci ilin iyul ayında həqiqi hərbi xidmətə çağırılan Tural Şıxızadə cəmi iki ay sonra başlayan Vətən müharibəsində iştirak edib. Goranboy istiqamətindən başlayaraq Suqovuşan və Ağdərə istiqamətində gedən ən ağır döyüşlərdə vuruşan gənc əsgər silahdaşları ilə birlikdə düşmənə sarsıdıcı zərbələr endirib. Döyüş yoldaşlarının xatirəsində qorxmaz, qətiyyətli və tapşırıqları sonadək yerinə yetirən əsgər kimi qalan Tural hər zaman ön sırada olmağa çalışıb, Vətən uğrunda döyüşməyi isə ən böyük şərəf sayıb.

Qardaşı deyir ki, Tural ailəsini narahat etməmək üçün döyüş bölgəsində olduğunu son ana qədər onlardan gizlədib. "Sonuncu danışığımızı heç vaxt unutmuram. Bizə demədi ki, artıq döyüş bölgəsindədir. Sadəcə dedi ki, hər şey yaxşıdır, narahat olmayın. Salamatçılıq olsun, hər şey yaxşı olacaq. Müharibə də dayanacaq. Gələrsiniz, yenə görüşərik, bir-birimizi görərik. Halbuki sentyabrın 26-dan onları döyüş xəttinə aparmışdılar. Bizimlə danışanda artıq döyüşlərin içində idi. Amma bizi narahat etməmək üçün bunu deməmişdi".

Turan Şıxıyev ailələrinin yaşadığı ən ağır hisslərdən birini də bölüşür. Onun sözlərinə görə, ataları Ətraf kişi oğlunun dəfn mərasiminə qatılmayıb və şəhid olduğu gündən bu günə qədər məzarını ziyarət etməyib. Bunun da özünəməxsus, dərin mənəvi səbəbi var. Atam deyir ki, Vətən uğrunda canını fəda edən oğul mənim üçün ölməyib, o yaşayır. Mən onu torpağın altında təsəvvür edə bilmirəm. Elə buna görə də qardaşımın məzarı başına gedə bilmir. Bu sözlər bir ata qəlbinin həm sonsuz ağrısını, həm də oğluna duyduğu sonsuz fəxarəti ifadə edir.

 

 

Mənbə: Azərtac

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Hadisə
Dünən, 20:38

Anbardar iş adamını aldatdı - 1 milyon manatlıq dələduzluq

Cəmiyyət
Dünən, 19:38

Qusarlı şagird beynəlxalq yarışmada qızıl medal qazandı

Cəmiyyət
Dünən, 18:36

Şəhidlərin xatirəsinə minlərlə addım: Şəhid nəvəsi Qubadadır

Hadisə
Dünən, 18:00

İsmayıllıda oğul içkili atasını öldürdü

Cəmiyyət
Dünən, 17:20

MKA "Apple" cihazlarında təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə növbəti dəfə xəbərdarlıq edib

İdman
Dünən, 16:30

Zaqatalalı idmançı ikiqat Avropa çempionu oldu

Cəmiyyət
Dünən, 15:37

Palçığa batan kənd: Bu yoldan kim keçə bilər?

Cəmiyyət
Dünən, 14:45

Zaqatalada qaz olmayacaq

Hadisə
Dünən, 14:00

Şəkidə icra nümayəndəsi bələdiyyə sədrinin başına butulka çırpdı

Cəmiyyət
Dünən, 13:06

Qubanın məşhur alması təhlükədə: Fermerlər minlərlə manat zərərdədir

Cəmiyyət
Dünən, 12:38

Qubada bu məktəb və bağçaların adları dəyişdirilib

Hadisə
Dünən, 11:41

Bakı-Quba yolunda ağır qəza: avtomobil aşdı

Cəmiyyət
Dünən, 11:01

Şahdağa qar yağıb

Cəmiyyət
Dünən, 10:25

SHXÇDX rəisi Qəbələdə vətəndaşları qəbul edəcək

İdman
Dünən, 09:31

"Qəbələ" "Qarabağ"la üz-üzə gələcək

Hadisə
Dünən, 00:01

Vətən müharibəsinin 35-ci günü: XRONİKA

İqtisadiyyat
30 oktyabr 2026, 17:51

Qəbələ və Ağsuda iri su layihələri həyata keçirilir - FOTO

Faydalı
30 oktyabr 2026, 17:47

Dövlətdən dəstək alan Vətən müharibəsi iştirakçısı Qubada biznesini genişləndirib

Bütün xəbərlər
30 oktyabr 2026, 16:53

Şəkidə avtomobil aşdı

Cəmiyyət
30 oktyabr 2026, 16:20

"Shimal.News" yazdı, qurumlar hərəkətə keçdi

Faydalı
30 oktyabr 2026, 15:21

Bakı-Balakən qatarı BU TARİXDƏN yenidən fəaliyyətə başlayır

Kriminal
30 oktyabr 2026, 14:21

Qaxda silsilə oğurluq edən şəxs tutulub

Cəmiyyət
30 oktyabr 2026, 14:00

Noyabrda Şimalın havası necə olacaq?

Oxşar xəbərlər