top
Şabranlı Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi
03 fevral 2026, 10:03
- ↺ +

Şabranlı Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Şabrandan olan Vətən Müharibəsi Qəhrəmanı, general-mayor Vüsal Sultanova yeni vəzifə verilib.

Yenisabah.az-ın məlumatına görə, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Vüsal Sultanov DSX-nin işğaldan azad olunmuş ərazilərdə yerləşən Əlahiddə Sərhəd Divizyasının komandiri təyin olunub.

O, bundan əvvəl xidmətin Dövlət Sərhəd Mühafizəsi Baş İdarəsinin rəisi vəzifəsində işləyib.

Qeyd edək ki, V.Sultanov Şabran rayonunda anadan olub. Vətən müharibəsində böyük qəhrəmanlıq və şücaət göstərib.

O, Cəbrayıl rayonunun Əmirvarlı kəndinin azadlığı uğrunda gedən, müharibənin ən ağır döyüşlərindən birinə komandanlıq edib.

Həmin vaxt polkovnik rütbəsində olan V.Sultanov oktyabr ayının 8-dən başlayaraq Əmirvarlı səddinin yarılması üçün gedən əməliyyatlarda iştirak edib. Ermənistan ordusunun müdafiə xəttinin birinci və ikinci eşalonundan geri çəkilmiş qüvvələri son ümid kimi bu səddə cəmləşdiyindən səddi yarmaq çətin olub. DSX-nin Çevik Hərəkat Bölmələri Əmirvarlıda 8 gün fasiləsiz döyüşlər aparıb. Son döyüşündə ağır yaralanan Vüsal Sultanov daha sonra DSX -nin Çevik Hərəkat Dəstəsinin komandanının müavini təyin edilib. Daha sonra DSX-nin Baş Qərərgahının Dövlət Sərhəd Mühafizəsi Baş İdarəsinin rəisi vəzifəsinə gətirilib.

2024-cü il may ayının 24-də Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin ərazilərində Azərbaycan bayrağının ucaldılması barədə Prezident İlham Əliyevə məruzə edib.

İkinci Qarabağ müharibəsindəki xidmətlərinə görə Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb. Eyni zamanda, "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif olunub.

Bundan başqa, müxtəlif vaxtlarda "Hərbi xidmətlərə görə", "İgidliyə görə", 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordenləri və "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilib.

Prezident İlham Əliyevin 2022-ci il avqustun 17-də imzaladığı sərəncamla V.Sultanova general-mayor ali hərbi rütbəsi verilib.

 

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Hadisə
Dünən, 20:38

Anbardar iş adamını aldatdı - 1 milyon manatlıq dələduzluq

Cəmiyyət
Dünən, 19:38

Qusarlı şagird beynəlxalq yarışmada qızıl medal qazandı

Cəmiyyət
Dünən, 18:36

Şəhidlərin xatirəsinə minlərlə addım: Şəhid nəvəsi Qubadadır

Hadisə
Dünən, 18:00

İsmayıllıda oğul içkili atasını öldürdü

Cəmiyyət
Dünən, 17:20

MKA "Apple" cihazlarında təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə növbəti dəfə xəbərdarlıq edib

İdman
Dünən, 16:30

Zaqatalalı idmançı ikiqat Avropa çempionu oldu

Cəmiyyət
Dünən, 15:37

Palçığa batan kənd: Bu yoldan kim keçə bilər?

Cəmiyyət
Dünən, 14:45

Zaqatalada qaz olmayacaq

Hadisə
Dünən, 14:00

Şəkidə icra nümayəndəsi bələdiyyə sədrinin başına butulka çırpdı

Cəmiyyət
Dünən, 13:06

Qubanın məşhur alması təhlükədə: Fermerlər minlərlə manat zərərdədir

Cəmiyyət
Dünən, 12:38

Qubada bu məktəb və bağçaların adları dəyişdirilib

Hadisə
Dünən, 11:41

Bakı-Quba yolunda ağır qəza: avtomobil aşdı

Cəmiyyət
Dünən, 11:01

Şahdağa qar yağıb

Cəmiyyət
Dünən, 10:25

SHXÇDX rəisi Qəbələdə vətəndaşları qəbul edəcək

İdman
Dünən, 09:31

"Qəbələ" "Qarabağ"la üz-üzə gələcək

Hadisə
Dünən, 00:01

Vətən müharibəsinin 35-ci günü: XRONİKA

İqtisadiyyat
30 oktyabr 2026, 17:51

Qəbələ və Ağsuda iri su layihələri həyata keçirilir - FOTO

Faydalı
30 oktyabr 2026, 17:47

Dövlətdən dəstək alan Vətən müharibəsi iştirakçısı Qubada biznesini genişləndirib

Bütün xəbərlər
30 oktyabr 2026, 16:53

Şəkidə avtomobil aşdı

Cəmiyyət
30 oktyabr 2026, 16:20

"Shimal.News" yazdı, qurumlar hərəkətə keçdi

Faydalı
30 oktyabr 2026, 15:21

Bakı-Balakən qatarı BU TARİXDƏN yenidən fəaliyyətə başlayır

Kriminal
30 oktyabr 2026, 14:21

Qaxda silsilə oğurluq edən şəxs tutulub

Cəmiyyət
30 oktyabr 2026, 14:00

Noyabrda Şimalın havası necə olacaq?

Oxşar xəbərlər