Şabranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Report.az-ın məlumatına görə, hadisə Şabran şəhəri, Heydər Əliyev prospektində baş verib.
Nəticədə Şabran şəhər sakini, 28 yaşlı Orxan Muradov ölüb, Siyəzən şəhər sakini, 29 yaşlı Rəhim Kərimov isə xəsarət alıb.
Faktla bağlı cinayət işi başlanılıb.