Əslən Ağsu rayonundan olan sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun müsadirə edilən əmlaklarının satış prosesi davam edir.
Açıq hərraca çıxarılan iki mənzildən biri 5-ci cəhddə alıcı tapıb. Söhbət Bakı şəhəri, Yasamal rayonu, Mirzə İbrahimov küçəsində yerləşən, 370,4 kvadratmetr sahəsi olan mənzildən gedir. Mənzil 50 faiz endirim tətbiq olunaraq 463 min 125 manata satılıb. Mənzili alan şəxsin kimliyi açıqlanmayıb.
Sabiq nazirə məxsus digər əmlak – Binəqədi rayonu, Akademik Ziya Bünyadov prospektində yerləşən 61,1 kvadratmetrlik mənzil isə satılmadığından 18 avqust tarixində 6-cı dəfə hərraca çıxarılacaq. Mənzil bu dəfə də 175 min manat başlanğıc qiymətlə satışa təqdim ediləcək.
Qeyd edək ki, Səlim Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs olunub. O, 13 ay həbsdə qaldıqdan sonra ev dustaqlığına buraxılıb.
Mənbə: Yeniavaz.com