top
Ramramay şəlaləsinə girişə görə pul tələb olunur? - YENİLƏNİB
Video
06 avqust 2026, 19:30
- ↺ +

Ramramay şəlaləsinə girişə görə pul tələb olunur? - YENİLƏNİB

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sosial şəbəkələrdə Qax rayonunun İlisu kəndində yerləşən Ramramay şəlaləsinə gedən hər bir ziyarətçidən əlavə iki manat giriş haqqı alınması ilə bağlı iddialar yayılıb.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Shimal.News-un sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 14 iyul 2025-ci il tarixli Sərəncamı ilə İlisu Milli Parkı yaradılıb və Ramramay şəlaləsi həmin milli parkın ərazisinə daxil edilib.

"Bununla əlaqədar olaraq, əraziyə giriş milli parklar üçün müəyyən edilmiş qaydalara uyğun şəkildə bilet sistemi vasitəsilə tənzimlənir.

Milli park ərazilərində tətbiq olunan ödənişlər təbiət ərazilərinin mühafizəsinə, biomüxtəlifliyin qorunmasına, ekoturizm infrastrukturunun inkişafına və turist marşrutlarının saxlanılmasına yönəldilir.

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2015-ci il tarixli 114 nömrəli Qərarına əsasən, milli parklara giriş haqqı hər bir ziyarətçi üçün 2 manat, avtonəqliyyat vasitələrinin dayanacaqla təmin edilməsinə görə isə 1 saat üçün 50 qəpik, gündəlik 5 manat müəyyən edilib".

***

Qax rayonunun İlisu kəndində yerləşən və turistlərin ən çox üz tutduğu Ramramay şəlaləsi ilə bağlı sosial şəbəkələrdə müzakirələr aparılır.

Shimal.News xəbər verir ki, yayılan iddialara görə, bu gündən etibarən şəlaləyə gedən hər bir ziyarətçidən yol haqqından əlavə 2 manat giriş haqqı alınır. Bildirilir ki, ödənişlər İlisu Dövlət Təbiət Qoruğu tərəfindən yığılır.

İddialar şəlalə istiqamətində fəaliyyət göstərən sürücülərin narazılığına səbəb olub. Sosial şəbəkələrdə yayılan görüntülərdə də bu məsələ ilə bağlı etirazlar səsləndirilir.

Məsələ ilə bağlı Shimal.News tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə rəsmi sorğu ünvanlanıb. Qurumun mövqeyi əldə olunan kimi oxucularımıza təqdim ediləcək.

Qeyd edək ki, hazırda Azərbaycanın milli parklarına giriş bileti Azərbaycan vətəndaşları üçün 2 manat təşkil edir. Yüksək dağlıq ərazilərdə yerləşən bəzi milli parklarda isə giriş haqqı Azərbaycan vətəndaşları üçün 10 manat, yerli tələbələr üçün 8 manat, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün isə 20 manat müəyyən edilib. Hazırda Ramramay şəlaləsinə tətbiq olunduğu iddia edilən ödənişin hansı hüquqi əsasla həyata keçirildiyi rəsmi şəkildə açıqlanmayıb.

Son xəbərlər

Faydalı
Bu gün, 09:22

Şimalın 11 rayonunda könüllülər axtarılır – Müraciət üçün son gün

Cəmiyyət
Bu gün, 09:07

Qubada liseyin qarşısından keçən elektrik xətti təhlükə yaradır

Cəmiyyət
Bu gün, 00:05

Bu gün Zəngilan Şəhəri Günüdür

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 24-cü günü: XRONİKA

Hadisə
Dünən, 17:55

UNEC-in Zaqatala filialının müəllimi vəfat edib

Cəmiyyət
Dünən, 17:42

Xınalıqlı çoban ailəsinin hekayəsi sənədli filmə çevrilir

Cəmiyyət
Dünən, 17:40

Xaçmazlılara ŞAD XƏBƏR: bu yol təmir edildi

Cəmiyyət
Dünən, 16:43

Məşhur filmin çəkildiyi dəyirman uçub

Cəmiyyət
Dünən, 15:40

Şabranın kəndinə giriş yolu belədir

İdman
Dünən, 14:40

Qubanı təmsil edəcək "Vətən Naminə"nin Region Liqasındakı rəqibləri bəlli olub

Cəmiyyət
Dünən, 13:40

Xaçmazın asfaltsız yolu, köhnə dirəkləri olan kəndi

Hadisə
Dünən, 12:50

Qubalı alim Maqsud Babayev vəfat edib

Hadisə
Dünən, 12:25

İsmayıllıda da zəlzələ oldu

Hadisə
Dünən, 11:40

Xaçmazda zəlzələ oldu

Cəmiyyət
Dünən, 11:36

Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edildi

Cəmiyyət
Dünən, 11:35

Anar Bayramov səhiyyə naziri təyin edilib

Bütün xəbərlər
Dünən, 11:30

TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib

Cəmiyyət
Dünən, 11:20

Zaqatalada itkin düşən 79 yaşlı kişi kameraya düşüb

Hadisə
Dünən, 11:01

Şamaxıda 7 yaşlı uşaq faciəvi şəkildə öldü

Cəmiyyət
Dünən, 10:27

Şimalda güclü külək əsir, yağış gözlənilir

Cəmiyyət
Dünən, 10:00

Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olunub

Hadisə
Dünən, 09:23

Qusarda 6 yaşlı uşağı avtomobil vuraraq öldürüb

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin 23-cü günü: XRONİKA

Hadisə
18 oktyabr 2026, 18:35

Şimalda dəm qazı təhlükəsi: Faciələr təkrarlanır, dərs çıxaran varmı?

Oxşar xəbərlər