Qusar rayonunun Həzrə və Qaratoba kəndlərində modul tipli məktəb binaları quraşdırılacaq.
Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi sözügedən işlərin satınalınması ilə bağlı işlər həyata keçirir.
Satınalma çərçivəsində hər iki kənddə müasir standartlara cavab verən modul tipli məktəb binalarının quraşdırılması nəzərdə tutulur. Layihənin ehtimal olunan dəyəri 1 milyon 560 min 820,22 manat təşkil edir.
Mənbə: YeniSabah