Qusar Rayon İcra Hakimiyyətinin (RİH) yeni təyin olunan sürücüsü işdən çıxarılıb.
İqtisadiyyat.az-ın məlumatına görə, bununla bağlı icra başçısı Sahir Məmmədxanov əmr imzalayıb.
Ötən il baş mütəxəssis – sürücü postuna təyin edilən Rahib Əhmədov işdən azad olunub. Digər əmrlə onun yerinə Elnur Şıxnəbiyev təyin edilib.
Xatırladaq ki, S.Məmmədxanov ötən il sürücülər - İkram Milhacovu və Elnur Sultanovu işdən çıxararaq bu işi Rahib Əhmədova həvalə edib.