Qusar rayonunda iki “VAZ”ın toqquşması nəticəsində bir nəfər dünyasını dəyişib. Bu haqda ShimalNews 5 iyun tarixində Report-a istinadən məlumat verir.
Yol-nəqliyyat hadisəsi Çiləgir kəndində baş verib. "VAZ-2106" markalı avtomobil "VAZ-2107" markalı avtomobillə toqquşub. Qəza zamanı 49 yaşlı Nadir Ağarzayev və 42 yaşlı Volodiya Eyvazov müxtəlif dərəcəli xəsarətlər alıblar, 48 yaşlı Yeganə Ağarzayeva isə həyatını itirib.
Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Meyit Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qusar rayon şöbəsinə təhvil verilib.
Araşdırma aparılır.