top
Qubanın 224 illik Cümə məscidi: dağıdılmaqdan belə xilas edilib
Foto
14 avqust 2026, 13:22
- ↺ +

Qubanın 224 illik Cümə məscidi: dağıdılmaqdan belə xilas edilib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Quba şəhərində yerləşən Cümə məscidi Azərbaycanın şimal-şərqində ən qədim dini və memarlıq abidələrindən biri hesab olunur.

Məscidin tikintisi 10 ilə yaxın davam edib və 1802-ci ildə başa çatdırılıb.

Məscid Qazı İsmayıl əfəndinin maddi yardımı ilə inşa olunub. Kitabədə tikilinin memarının Əcəmi Naxçıvani memarlıq məktəbinin davamçılarından olan Osman ibn Ömər olduğu göstərilir.

Cümə məscidi və onun nəzdindəki mədrəsə 1924-cü ilədək fəaliyyət göstərib. Sovet dövründə dini fəaliyyət qadağan edilib. 1933-cü ildə mədrəsə və minarə dağıdılıb.

Məscidin də söküləcəyini öyrənən Quba sakinləri maraqlı üsula əl atıblar. Deyilənə görə, onlar gecə ilə məscidə dəyirman daşları və buğda gətirərək binanı dəyirmana çeviriblər. Bununla tarixi tikilini dağıdılmaqdan xilas edə biliblər.

Bina sonralar anbar kimi istifadə olunub. Burada bir müddət xalça muzeyi də fəaliyyət göstərib.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Cümə məscidi yenidən dindarların istifadəsinə verilib.

Yerli əhəmiyyətli memarlıq abidəsinin daxili hündürlüyü 18 metr, sahəsi isə 360 kvadratmetrdir. Tikilinin daxilində sütunun olmaması onun diqqətçəkən memarlıq xüsusiyyətlərindəndir.

Rəvayətə görə, məscidin tikintisində istifadə edilən kərpiclər İqrığ kəndində hazırlanıb. Quba sakinləri həmin kərpicləri bir-birinə əldən-ələ ötürərək tikinti yerinə çatdırıblar.

1990-cı illərdə məscidin ərazisində 50 metr hündürlüyündə yeni minarə də ucaldılıb.









 

Mənbə: Azərtac

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:05

Bu gün Zəngilan Şəhəri Günüdür

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 24-cü günü: XRONİKA

Hadisə
Dünən, 17:55

UNEC-in Zaqatala filialının müəllimi vəfat edib

Cəmiyyət
Dünən, 17:42

Xınalıqlı çoban ailəsinin hekayəsi sənədli filmə çevrilir

Cəmiyyət
Dünən, 17:40

Xaçmazlılara ŞAD XƏBƏR: bu yol təmir edildi

Cəmiyyət
Dünən, 16:43

Məşhur filmin çəkildiyi dəyirman uçub

Cəmiyyət
Dünən, 15:40

Şabranın kəndinə giriş yolu belədir

İdman
Dünən, 14:40

Qubanı təmsil edəcək "Vətən Naminə"nin Region Liqasındakı rəqibləri bəlli olub

Cəmiyyət
Dünən, 13:40

Xaçmazın asfaltsız yolu, köhnə dirəkləri olan kəndi

Hadisə
Dünən, 12:50

Qubalı alim Maqsud Babayev vəfat edib

Hadisə
Dünən, 12:25

İsmayıllıda da zəlzələ oldu

Hadisə
Dünən, 11:40

Xaçmazda zəlzələ oldu

Cəmiyyət
Dünən, 11:36

Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edildi

Cəmiyyət
Dünən, 11:35

Anar Bayramov səhiyyə naziri təyin edilib

Bütün xəbərlər
Dünən, 11:30

TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib

Cəmiyyət
Dünən, 11:20

Zaqatalada itkin düşən 79 yaşlı kişi kameraya düşüb

Hadisə
Dünən, 11:01

Şamaxıda 7 yaşlı uşaq faciəvi şəkildə öldü

Cəmiyyət
Dünən, 10:27

Şimalda güclü külək əsir, yağış gözlənilir

Cəmiyyət
Dünən, 10:00

Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olunub

Hadisə
Dünən, 09:23

Qusarda 6 yaşlı uşağı avtomobil vuraraq öldürüb

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin 23-cü günü: XRONİKA

Hadisə
18 oktyabr 2026, 18:35

Şimalda dəm qazı təhlükəsi: Faciələr təkrarlanır, dərs çıxaran varmı?

Cəmiyyət
18 oktyabr 2026, 00:05

Bu gün Müstəqilliyin Bərpası Günüdür

Cəmiyyət
18 oktyabr 2026, 00:01

Vətən müharibəsinin 22-ci günü: XRONİKA

Oxşar xəbərlər