Ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir.
Shimal.News-un məlumatına görə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırılıb.
Yanğın təhlükəsinin qarşısının alınması məqsədilə bir sıra ərazilər quru ot, kol-kos və məişət tullantılarından təmizlənib.
Təmizlik işləri Qaxın Ləkit, Balakənin Qarahacılı, Katex və Qaysa, Ağdaşın Ərəb, İsmayıllının Talıstan, Şəkinin Oraban kəndlərində, həmçinin Qəbələ şəhərinin 9 Noyabr küçəsi və Qubanın Dəvədabanı yaşayış massivində aparılıb.