Quba rayonunun Zərdabi qəsəbəsində Mikayıl Müşfiq küçəsində antisanitariya narazılıq doğurub.
Shimal.News-a danışan sakinlərin sözlərinə görə, kanalizasiya xətti tez-tez tutulur və çirkab su ətrafa yayılır.
Sakinlər bildirirlər ki, hazırda havaların isti olması səbəbindən ərazidə kəskin qoxu yaranıb. Kanalizasiya xətti bir ayda 2-3 dəfə tutulur.
Onların sözlərinə görə, hər dəfə xəttin təmizlənməsi öz vəsaitləri hesabına başa gəlir.
Sakinlər problemin birdəfəlik həll olunmasını və aidiyyəti qurumlardan kömək göstərilməsini istəyirlər.