Qubada hazırda yağış yağmağa başlayıb. Yağıntının intensivləşdiyi müşahidə olunur.
Shimal.News-un məlumatına görə, ötən gün Şimal bölgəsinin bir sıra ərazilərində də yağıntı qeydə alınıb. Ən çox yağıntı Balakəndə olub.
Həmçinin Xaltan, Şahdağ, Sarıbaş (Qax), Kişçay, Qəbələ, Qusar, Zaqatala və Oğuza da yağış yağıb.
Bəzi rayonlarda yağıntılar nəticəsində müxtəlif fəsadlar yaranıb.
Hazırda Qubada başlayan yağışın intensivləşməsi diqqət çəkir. Sakinlərə və sürücülərə ehtiyatlı olmaq tövsiyə olunur.