Xınalıq və Köç Yolu qoruğunda yeni muzey binasının tikintisi planlaşdırılır.
Shimal.News-un məlumatına görə, Dövlət Turizm Agentliyi qoruq ərazisində mövcud tikilinin inzibati bina kimi yenidən qurulması və yeni muzey binasının tikintisi üzrə layihə-smeta sənədlərinin hazırlanması üçün açıq tender elan edib.
Tenderin ehtimal olunan qiyməti 86.025 manat təşkil edir.
Layihənin həyata keçirilməsi ilə Xınalıq və Köç Yolu qoruğunda turizm və mədəni irs infrastrukturu üçün yeni imkanların yaradılması nəzərdə tutulur.