Quba-Xaçmaz yolunda qəza baş verib. Bu barədə ShimalNews 31 iyul tarixində məlumat verir.
Hadisə Zərdabi qəsəbəsi ərazisində qeydə alınıb. “VAZ-21099” və “Lada” markalı avtomobillər toqquşub. Nəticədə nəqliyyat vasitələri yararsız hala düşüb.
Şahidlərin sözlərinə görə, “099” düzgün ötmə etməyib və qəza baş verib.
Əraziyə polis əməkdaşları cəlb olunublar.