Bu gün Qubada saat 08:30 radələrində yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə ShimalNews 22 iyul tarixində xəbər verir.
Rayonun Alekseyevka kəndi ərazisində “Mercedes” və “LADA” markalı avtomobillər toqquşub. Xəsarət alan yoxdur, lakin hər iki avtomobil yararsız hala düşüb.
Şahidlərin sözlərinə görə, “LADA” geri dönmək istəyib, “Mercedes” isə bu vaxt ötmə əməliyyatına başlayıb. Nəticədə sonuncu yol nişanına və ağaclara çarpılıb.