Qubada xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə ShimalNews 23 iyun tarixində “Den.az”a istinadən məlumat verir.
Hadisə H.Əliyev prospektində qeydə alınıb. “VAZ-2106” və “Toyota Prius” markalı avtomobillər toqquşub.
Nəticədə “VAZ” avtomobilində Quba sakinləri - 44 yaşlı Rövşən Ağayev və 38 yaşlı Sevinc Ağayarova Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Məlumata görə, “Prius” markalı avtomobilin sürücüsü Bakı şəhər sakinidir.
Faktla bağlı araşdırma aparılır.