Qubada yol-nəqliyyat qəzası baş verib. Bu barədə ShimalNews 24 iyul tarixində məlumat verir.
Hadisə 23 iyul tarixində 14:15 radələrində M.P.Vaqif küçəsi ilə T.Əhmədov küçəsinin kəsişməsində qeydə alınıb. “Toyota” və “Mercedes” markalı avtomobillər toqquşub. Xəsarət alan olmayıb, hər iki avtomobil ön nahiyədən zədələnib.
Hadisə yerinə DYP və sığorta əməkdaşları cəlb olunublar.
Şahidlərin sözlərinə görə, “Mercedes” gözləmədən yol ayrıcına daxil olub və qəza baş verib.