Qubada yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə ShimalNews 31 iyul tarixində məlumat verir.
Hadisə 1-ci Nügədi kəndinin girişində saat 15:00 radələrində qeydə alınıb. “VAZ” və “Nissan” markalı avtomobillər toqquşub. Nəticədə hər iki nəqliyyat vasitəsi yararsız hala düşüb.
Əraziyə polis əməkdaşları cəlb ediliblər.
Şahidlərin sözlərinə görə, “Nissan” gözləmədən “Lada”nın yoluna çıxıb və qəza baş verib.