Qubada işıqforların çalışmaması qəza şəraiti yaradır. Bu barədə ShimalNews 12 avqust tarixində məlumat verir.
Bu hal son 2 gün ərzində bir çox əsas və ətraf yollarda müşahidə olunur. Sürücülər arasında çaşqınlıq yaranır və qəzalar baş verir.
İlkin ehtimala görə, nizamlayıcı siqnalların fəaliyyət göstərməməsi küləkli hava ilə əlaqədardır.
Bir müddət öncə, H.Əliyev prospekti ilə 20 yanvar küçəsinin kəsişməsində 3 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib. Şahidlərin sözlərinə görə, qəzaya səbəb adıçəkilən ərazidə işıqforun çalışmaması olub.
[caption id="attachment_22330" align="alignnone" width="300"]
Photo Shimal.News[/caption]