Qubada saat 14:40 radələrində yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə ShimalNews 10 iyul tarixində məlumat verir.
Hadisə Əliqulu Nərimanov və Qələbə küçələrinin kəsişməsində baş verib. “VAZ-2106” və “VAZ-21011” toqquşub. Xəsarət alan olmayıb.
Əraziyə polis əməkdaşları cəlb ediliblər.
Şahidlərin sözlərinə görə, “06” Ə.Nərimanov küçəsi ilə üzü aşağı istiqamətdə hərəkət edirmiş. Bu zaman “011” yol vermədən onun qarşısına çıxıb.