Quba şəhərinin mərkəzində yerləşən Heydər Əliyev prospektində, bazarın qarşısında avtomobillərin səkidə park edilməsi sakinlərin narazılığına səbəb olub.
Shimal.News məlumat verir ki, vətəndaşların sözlərinə görə, qeyd edilən ərazidə demək olar ki, hər gün avtomobillər səkidə park olunur. Bu da piyadaların hərəkətini çətinləşdirir.
"Ərazidən rahat keçə bilmirik. Bura şəhərin mərkəzidir, insanların ən çox hərəkət etdiyi yerdir. Avtomobillərin səkidə parklanmasına ümumiyyətlə nəzarət edilmir", – deyə sakinlər narazılıqlarını ifadə ediblər.