top
Qubada antik və orta əsrlərə aid izlər tapıldı
05 avqust 2026, 14:32
- ↺ +

Qubada antik və orta əsrlərə aid izlər tapıldı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Quba rayonunun Səbətlər kəndi ərazisindəki son antik və orta əsrlər dövrünə aid qədim Təhməzi yaşayış yerində ilk dəfə əsaslı və kəşfiyyat xarakterli arxeoloji qazıntılar aparılıb.

Təhməzi yaşayış yeri 2022-ci ilin iyul və avqust aylarında Azərbaycanın şimal-şərq regionunda - Quba rayonunun Səbətlər kəndində aparılan tədqiqatlar zamanı aşkar edilib. Abidə rayon mərkəzindən 30 kilometrədək aralı, Vəlvələ çayının sağ sahilində yerləşir. Kənd əhalisinin "Təhməzi şəhər yeri" adlandırdığı bu yeni abidə indiyədək dövlət qeydiyyatına alınmayıb və bu ərazilərdə heç bir arxeoloji tədqiqat işləri aparılmayıb.

Arxeoloji qazıntılar Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutu tərəfindən həyata keçirilib.

Ekspedisiyanın rəhbəri, Mədəniyyət Nazirliyinin Milli Azərbaycan Tarixi Muzeyinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Laçın Mustafayev bildirib ki, arxeoloji qazıntılar zamanı "Təhməzi yaşayış yeri"ndə iki kəşfiyyat quyusu qazılıb. Hər iki qazıntı sahəsindən son antik və orta əsrlərə aid müxtəlif tip keramika fraqmentləri, daş alətlər (dən daşları, çəki daşları), fauna qalıqları (quş və heyvan sümükləri) əldə edilib: 

"Aşkarlanan maraqlı arxeoloji tapıntılardan biri də çay daşlarından, çiy və bişmiş kərpiclərdən ibarət müxtəlif tikililərə məxsus özül və divar qalıqlarıdır. Yaxşı halda qorunmuş bişmiş kərpiclərdən ibarət divar qalığının eni 90-92, hündürlüyü isə üst-üstə üç kərpic olmaqla 25-27 santimetrdir. Həmçinin 1,7-2,1 metr dərinliyində mədəni təbəqələrin izlənilməsi zamanı ocaq yerləri, döşəmə, kiçik diametrli təsərrüfat quyusu və digər artefaktlar müşahidə edilib".

Laçın Mustafayev bildirib ki, Qubada aparılan tarixi-arxeoloji tədqiqatlar Azərbaycanın şimal-şərq regionunda antik və erkən orta əsrlərdə şəhər mədəniyyətinin yaranmasının, maddi irisin və arxeoloji abidələrin xarakterik xüsusiyyətlərinin, əhalinin təsərrüfat həyatının və sənətkarlığın müxtəlif sahələrinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, cari tədqiqatlar siyasi proseslər nəticəsində bölgədə müxtəlif xalqların məskunlaşmasına, köçəri xalqların miqrasiyasına, regionun müxtəlif sivilizasiyalar, o cümlədən dövlətlərlə qurulan iqtisadi və mədəni münasibətlərinə aydınlıq gətirəcək.

Mənbə: AZƏRTAC

Son xəbərlər

Cəmiyyət
Bu gün, 10:16

"Shimal.News" yazdı, ərazi təmizləndi

Faydalı
Bu gün, 09:22

Şimalın 11 rayonunda könüllülər axtarılır – Müraciət üçün son gün

Cəmiyyət
Bu gün, 09:07

Qubada liseyin qarşısından keçən elektrik xətti təhlükə yaradır

Cəmiyyət
Bu gün, 00:05

Bu gün Zəngilan Şəhəri Günüdür

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 24-cü günü: XRONİKA

Hadisə
Dünən, 17:55

UNEC-in Zaqatala filialının müəllimi vəfat edib

Cəmiyyət
Dünən, 17:42

Xınalıqlı çoban ailəsinin hekayəsi sənədli filmə çevrilir

Cəmiyyət
Dünən, 17:40

Xaçmazlılara ŞAD XƏBƏR: bu yol təmir edildi

Cəmiyyət
Dünən, 16:43

Məşhur filmin çəkildiyi dəyirman uçub

Cəmiyyət
Dünən, 15:40

Şabranın kəndinə giriş yolu belədir

İdman
Dünən, 14:40

Qubanı təmsil edəcək "Vətən Naminə"nin Region Liqasındakı rəqibləri bəlli olub

Cəmiyyət
Dünən, 13:40

Xaçmazın asfaltsız yolu, köhnə dirəkləri olan kəndi

Hadisə
Dünən, 12:50

Qubalı alim Maqsud Babayev vəfat edib

Hadisə
Dünən, 12:25

İsmayıllıda da zəlzələ oldu

Hadisə
Dünən, 11:40

Xaçmazda zəlzələ oldu

Cəmiyyət
Dünən, 11:36

Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edildi

Cəmiyyət
Dünən, 11:35

Anar Bayramov səhiyyə naziri təyin edilib

Bütün xəbərlər
Dünən, 11:30

TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib

Cəmiyyət
Dünən, 11:20

Zaqatalada itkin düşən 79 yaşlı kişi kameraya düşüb

Hadisə
Dünən, 11:01

Şamaxıda 7 yaşlı uşaq faciəvi şəkildə öldü

Cəmiyyət
Dünən, 10:27

Şimalda güclü külək əsir, yağış gözlənilir

Cəmiyyət
Dünən, 10:00

Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olunub

Hadisə
Dünən, 09:23

Qusarda 6 yaşlı uşağı avtomobil vuraraq öldürüb

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin 23-cü günü: XRONİKA

Oxşar xəbərlər