Qubada vətəndaşlar tərəfindən 2 ədəd ov tüfəngi könüllü olaraq polisə təhvil verilib.
Shimal.News xəbər verir ki, polis əməkdaşları qanunsuz silah-sursatın aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində əməliyyatlarını davam etdirirlər.
Aparılan yoxlamalar zamanı Quba şəhəri və İspik kəndi ərazisində 3 ədəd ov tüfəngi aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir, qanunamüvafiq tədbirlər görüləcək.