Son günlər bölgəmizdə müşahidə olunan qeyri-sabit hava Qubada daha bir fəsad törədib. Bu haqda ShimalNews 3 iyul tarixində məlumat verir.
Xınalıq kəndindən 2 km şimal-şərqdə (çay yolunun aşağı hissəsində) yol səthi çatlayıb, torpaq sürüşüb. Sakinlər həmin ərazidə uçma baş verəcəyindən narahat olduqlarını bildiriblər.
Hazırda müvafiq dövlət qurumlarının əməkdaşları tərəfindən ərazidə monitorinqlər aparılır.