Quba–Xaçmaz avtomobil yolunun Zərdabi qəsəbəsindən Xaçmaz şəhərinədək olan hissəsində qatı duman müşahidə olunur.
Shimal.News xəbər verir ki, sürücülər görünüş məsafəsinin xeyli məhdudlaşdığını bildirirlər.
Quba şəhərində isə hava şəraiti açıq və günəşlidir. Yolun sözügedən hissəsində kəskin hava fərqinə görə sürücülər bütün hərəkət iştirakçılarına diqqətli olmağı tövsiyə edirlər.