Bu gün Quba-Xaçmaz yolunda nəqliyyatın təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirlər həyata keçirilib. Bu barədə ShimalNews 31 iyul tarixində “Guba Quba”ya istinadən məlumat verir.
Müvafiq qurumlar tərəfindən yol kənarında olan yaşıllıqlara aqrotexniki qulluq göstərilib. Quru budaqlar kəsilib və təmizlik işləri həyata keçirilib.
Növbəti mərhələdə eyni prosesin Xaçmaz-Xudat yolunda aparılması planlaşdırılır.