Qubada saat 9:40 radələrində yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu barədə ShimalNews 29 iyun tarixində məlumat verir.
Qəza Bakı-Quba yolunun Nərimanovka kəndi ərazisində baş verib. “Mercedes Vito” markalı avtomobil dönmə əməliyyatı edərkən eyni istiqamətdə hərəkətdə olan “Mercedes E-class” onu arxadan vurub.
Xəsarət alan olmayıb. Polis və sığorta əməkdaşları əraziyə cəlb olunublar.
Şahidlərin sözlərinə görə, “Vito”nun sərnişinləri Qəçrəşə istirahətə yollanırmışlar.