top
Quba sanatoriyasında oğurluq iddiaları: Qonaqlar niyə istirahəti yarımçıq qoyur? - YENİLƏNİB
05 avqust 2026, 15:47
- ↺ +

Quba sanatoriyasında oğurluq iddiaları: Qonaqlar niyə istirahəti yarımçıq qoyur? - YENİLƏNİB

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Məqalədə yer alan iddialarla bağlı Shimal.News "Quba Şahdağ Truskavets" sanatoriyasının rəhbəri Cəmil Məhərrəmovun mövqeyini əldə edib.

C.Məhərrəmov bildirib ki, pulunun itdiyini iddia edən qonağa sanatoriya tərəfindən bütün zəruri dəstək göstərilib. Onun sözlərinə görə, hadisədən sonra hüquq-mühafizə orqanları dəvət olunub, özünü zərərçəkmiş hesab edən şəxsdən izahat alınıb və məsələ aidiyyəti qurumlar tərəfindən araşdırılır.

Sanatoriya rəhbəri otaqların qapılarının bağlanmaması ilə bağlı iddiaların isə həqiqəti əks etdirmədiyini bildirib. Onun sözlərinə görə, müəssisədə bütün nömrələr kart sistemi ilə açılıb-bağlanır.

C.Məhərrəmov həmçinin qeyd edib ki, prosedurlardan sonra istifadə olunan vannalar mütləq qaydada dezinfeksiya edilir və bu istiqamətdə səsləndirilən iddialar da doğru deyil.

Rəhbərin sözlərinə görə, sanatoriyada müxtəlif məbləğdə pul və ya əşyaların itməsi ilə bağlı digər halların baş verməsi barədə də hər hansı fakt qeydə alınmayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan isə Shimal.News-a bildirilib ki, daxil olmuş müraciət əsasında hazırda Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.

***

3 avqust 2026

Qubada fəaliyyət göstərən "Quba Şahdağ Truskavets" sanatoriyasında istirahət edən qonaqlar pul və əşyalrının itməsi, eləcə də xidmətin keyfiyyəti ilə bağlı ciddi narazılıq edirlər.

Shimal.News-a müraciət edən vətəndaşlar bildiriblər ki, qeydiyyat zamanı sanatoriyanın itən və ya oğurlanan əşyalara görə məsuliyyət daşımadığı deyilib.

Şikayətçilərdən biri bildirib ki, o, anası ilə birlikdə iyulun 17-də sanatoriyaya 21 günlük müalicə və istirahət paketi əldə ediblər. Onlar pul qablarını heç vaxt otaqda saxlamayıb, daim çantada gəzdiriblər. İyulun 21-də axşam saatlarında pul kisəsindən 50 manatlıq əsginaslarla 500-600 manatın yoxa çıxdığı aşkarlanıb. Lakin pul kisəsində olan 200 və 100 manatlıq əsginaslar yerində qalıb.

Zərərçəkən hesab edir ki, oğurluq yalnız prosedur otaqlarında və ya yeməkxanada baş verə bilərdi. Onun sözlərinə görə, yeməkxanada bütün masalar kameraların görüntü sahəsinə düşmür. Prosedur otaqlarında isə müşahidə kameraları ümumiyyətlə yoxdur.

Şikayətçi hadisədən dərhal sonra sanatoriya rəhbərliyinə müraciət etdiyini bildirib. Onun sözlərinə görə, əvvəlcə əməkdaşlar məsələni araşdırmaq əvəzinə "pulu itirmisiniz" deyərək məsuliyyəti üzərlərindən atmağa çalışıblar. Ertəsi gün direktor kameraların görüntülərinə baxılacağını və kömək edəcəyini deyib. Lakin sonradan məsul əməkdaş internetin zəif işlədiyini əsas gətirərək müşahidə kameralarının görüntülərini araşdırmaqdan imtina edib. O, eləcə də bildirib ki, oğurluğun dəqiq vaxtı məlum olmadığı üçün bütün görüntülərə baxa bilməyəcək.

Zərərçəkən qeyd edib ki, bundan sonra hüquq-mühafizə orqanlarına müraciət edilib və faktla bağlı araşdırma başlanılıb.

Baş verənlərdən sonra şikayətçi ailəsi ilə birlikdə 21 günlük istirahət paketini yarımçıq saxlayaraq 10-cu gündə sanatoriyanı tərk etdiyini bildirib. Onun sözlərinə görə, istifadə edilməyən 11 günün ödənişinin geri qaytarılması tələb edilib. Lakin onlar rədd cavabı alıblar. Yalnız həmin məbləğin depozit kimi saxlanılması və üç ay ərzində istifadə edilməsi təklif olunub.

Müraciətdə qeyd olunur ki, sanatoriyada qaldıqları müddətdə digər qonaqlardan da oxşar hadisələr barədə məlumat alıblar. İddialara görə, müxtəlif şəxslərin 250 manat, 500 manat, 100 ABŞ dolları, eləcə də qızıl üzüyü oğurlanıb. Bununla yanaşı, sanatoriyada digər problemlərin də yaşandığı iddia olunur.

Müraciətdə otaqlarda qapıların açarla bağlamaq mümkün olmaması, internetin demək olar ki, işləmədiyi, elektrik enerjisinin və isti suyun tez-tez kəsildiyi qeyd edilir. Bildirilir ki, bir gün isti su olmadığından hətta təyin olunmuş mineral vanna proseduru ləğv edilib. Şikayətçi daha bir narahatedici məqama da diqqət çəkib. Onun iddiasına görə, vannalar pasiyentlərin qəbulundan sonra dezinfeksiya olunmur, yalnız su ilə yaxalanır. Bu barədə irad bildirildikdə isə əməkdaşlar qonaqların sayının çoxluğunu əsas gətiriblər.

Yazıda yer alan iddialarla bağlı redaksiyamız "Quba Şahdağ Truskavets" sanatoriyasının rəhbərliyi ilə əlaqə saxlayaraq mövqe öyrənməyə çalışsa da, bu, mümkün olmayıb. Mövqe təqdim ediləcəyi təqdirdə dərc etməyə hazırıq.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 10:16

"Shimal.News" yazdı, ərazi təmizləndi

Faydalı
Bu gün, 09:22

Şimalın 11 rayonunda könüllülər axtarılır – Müraciət üçün son gün

Cəmiyyət
Bu gün, 09:07

Qubada liseyin qarşısından keçən elektrik xətti təhlükə yaradır

Cəmiyyət
Bu gün, 00:05

Bu gün Zəngilan Şəhəri Günüdür

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 24-cü günü: XRONİKA

Hadisə
Dünən, 17:55

UNEC-in Zaqatala filialının müəllimi vəfat edib

Cəmiyyət
Dünən, 17:42

Xınalıqlı çoban ailəsinin hekayəsi sənədli filmə çevrilir

Cəmiyyət
Dünən, 17:40

Xaçmazlılara ŞAD XƏBƏR: bu yol təmir edildi

Cəmiyyət
Dünən, 16:43

Məşhur filmin çəkildiyi dəyirman uçub

Cəmiyyət
Dünən, 15:40

Şabranın kəndinə giriş yolu belədir

İdman
Dünən, 14:40

Qubanı təmsil edəcək "Vətən Naminə"nin Region Liqasındakı rəqibləri bəlli olub

Cəmiyyət
Dünən, 13:40

Xaçmazın asfaltsız yolu, köhnə dirəkləri olan kəndi

Hadisə
Dünən, 12:50

Qubalı alim Maqsud Babayev vəfat edib

Hadisə
Dünən, 12:25

İsmayıllıda da zəlzələ oldu

Hadisə
Dünən, 11:40

Xaçmazda zəlzələ oldu

Cəmiyyət
Dünən, 11:36

Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edildi

Cəmiyyət
Dünən, 11:35

Anar Bayramov səhiyyə naziri təyin edilib

Bütün xəbərlər
Dünən, 11:30

TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib

Cəmiyyət
Dünən, 11:20

Zaqatalada itkin düşən 79 yaşlı kişi kameraya düşüb

Hadisə
Dünən, 11:01

Şamaxıda 7 yaşlı uşaq faciəvi şəkildə öldü

Cəmiyyət
Dünən, 10:27

Şimalda güclü külək əsir, yağış gözlənilir

Cəmiyyət
Dünən, 10:00

Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olunub

Hadisə
Dünən, 09:23

Qusarda 6 yaşlı uşağı avtomobil vuraraq öldürüb

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin 23-cü günü: XRONİKA

Oxşar xəbərlər