Quba şəhərində sakinlər yayın isti çağında suya həsrət qalıblar. Bu barədə onlar ShimalNews-a 10 iyul tarixində məlumat veriblər.
Bu hal Fətəlixan küçəsi və yaxınlıqda olan mənzillərdə müşahidə olunub. Dörd gündən çoxdur insanlar yuyunmağa belə su tapmırlar.
Məsələ ilə bağlı qaynar xətt və müvafiq qurumlardan heç bir açıqlama verilmir. Hər hansısa bir qəza və ya digər səbəb göstərilmir.