Qubanın yeni avtovağzal ərazisində asfalt örtüyü təmir edilir. Bu barədə ShimalNews 16 iyun tarixində məlumat verir.
Yol səthinin zədəli yerləri qazılıb və yeni asfalt vurulması üçün hazırlıq işləri aparılıb. İşlər “5 saylı Yol İstismarı” MMC-nin briqadası tərəfindən icra olunur.